Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:36

Xəzərdə çöl quşları kütləvi tələf olur


Səs: Real audio
Səbəb "nyukasl" xəstəliyidir Bu barədə məlumatı Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Dilqəm Ağamalıyev «Azadlıq» radiosuna müsahibəsində deyib.



O bildirib ki, yerli mütəxəssislər və Bakıda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin iştirakı ilə laborator müayinələr keçirilib. Müayinə edilən quş cəsədlərinin bəzilərində ev və çöl quşlarında tez-tez rast gəlinən "nyukasl" xəstəliyi aşkarlanıb.



Dilqəm Ağamalıyevin məlumatına görə, quşları kütləvi məhv olmasının səbəblərindən biri də Azərbaycanda son günlərdə müşahidə olunan kəskin hava dəyişkənliyidir. Qaldı "nyukasl" xəstəliyinə, müsahibimiz bildirdi ki, bu xəstəlik həm ev, həm də çöl quşları arasında tez-tez rast gəlinir və qarşısı vaxtında alınmasa, kütləvi ölümlə nəticələnir. O, eyni zamanda bildirdi ki, "nyukasl" xəstəliyinin insan həyatı üçün təhlükəsi yoxdur.
XS
SM
MD
LG