Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Mayın 13-dək ATƏT-in tövsiyələri yerinə yetirilə bilərmi?


Səs: Real audio
İdarənin yaydığı bəyanatda deyilir ki, «bu, fərqli inancları olan insanlar arasında qarşıdurmanı qaçılmaz edə bilər» «Panorama»nın bu şənbə qonağı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynovdur. Söhbətdə həmçinin «Media forum» saytının redaktoru Azər Qaraçənli və «Lider» televiziyasının əməkdaşı Vahid Abbas iştirak edir



Bu dəfə «Panorama»da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı parlament seçkiləri ilə bağlı yekun hesabatından bəhs edilir. Əli Hüseynov deyir ki, yekun hesabat ilkin rəyə nisbətən daha hərtərəfli və daha obyektivdir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinə ünvanlanan tövsiyələrə də sayğıyla yanaşılmalıdır və onların bir çoxu öz müsbət həllini tapmalıdır.



Əli Hüseynov deyir ki, ən çox mübahisə doğuran tövsiyə komissiyaların yenidən formalaşdırılması məsələsidir. Onun mövqeyinə görə, komissiyaların paritet əsasda formalaşdırılması çıxış yolu deyil. Əgər komissiyalar müstəqil və peşəkar insanlardan formalaşarsa, heç buna ehtiyac qalmaz. Ancaq Əli Hüseynov mayın 13-ü 10 dairədə keçiriləcək təkrar seçkilərə qədər bu tövsiyələrdən hansına əməl ediləcəyi ilə bağlı konkret heç nə demir.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG