Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:27

<i>«Ayna»</i>: «Ermənistanda Qarabağ böhranı?»


Səs: Real audio
«Cümə» Məscidi məsələyə Azərbaycan hökumətinin də münasibət bildirməsini vacib sayır «Yeni Azərbaycan» qəzetindəki «Müxalifət partiyaları maliyyə mənbələri ilə bağlı ictimaiyyətə məlumat vermək istəmir» başlıqlı məqalədə bildirilir ki, Milli Məclisin iclaslarında öz maliyyə mənbələrini gizlədən partiyalara qarşı tədbirlərin görülməsi tələb olunsa da, müvafiq orqanlar hələ də təmkinlilik nümayiş etdirir. Vəziyyətdən çıxış yolu isə, «Siyasi partiyalar haqqında» qanunun yenidən hazırlanmasıdır. Müəllif Milli Məclisin Mətbuat Xidmətinə istinadən yazır ki, hazırda adı çəkilən qanun üzərində iş davam etdirilir. Məqalədə deyilir ki, indiyədək yalnız hakim Yeni Azərbaycan Partiyası mütəmadi olaraq öz fəaliyyəti, eləcə də maliyyə məsələləri ilə əlaqədar ictimaiyyətə açıqlama verir. Digər partiyalar isə, hələ də bu prosesə qoşulmayıblar.



«Bakı-Xəbər» qəzetində bildirilir ki, qüvvədə olan qanuna görə, vəzifəli şəxslər öz gəlirləri, mülkləri barədə ildə bir dəfə maliyyə xarakterli məlumatları Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyasına təqdim etməlidirlər. Müəllifin fikrincə, əgər komissiya təqdim olunan bəyannamənin düzğünlüyünü araşdırırsa, onda paytaxtdakı obyektlərin kimin əlində olduğunu bilir. Belə olan təqdirdə, öz üzərinə düşən funksiyanı yerinə yetirmir. Çünki bu günə qədər bir məmur belə sırf bu motivlə cinayət məsuliyyətinə cəlb edilməyib. Müəllif hesab edir ki, məmurlardan maliyyə xarakterli bəyannamə tələb edilməməsində məqsəd əslində komandada mərkəzləşdirilmiş maliyyə sistemi yaratmaqdır.



«Ayna» qəzetindəki «Ermənistanda Qarabağ böhranı?» sərlövhəli məqalədə bildirilir ki, artıq Qarabağ danışıqları ilə bağlı Yerevanda müəyyən fikir ayrılığı yaranıb. Bəzi ekspertlər indiki situasiyada Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla bağlı bir vaxtlar baş vermiş proseslərin təkrarlanacağını istisna etmirlər. «Koçaryan Dağlıq Qarabağ və onun xalqı adından hər hansı sənədi imzalamaq hüququna malik deyil», - bunu Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan bəyan edib. Müəllif bildirir ki, separatçı rejimin nümayəndələri də R.Koçaryana etimadsızlıq göstərməyə başlayıblar.
XS
SM
MD
LG