Səs: Real audio
Nazir sadəcə, valideynlərə həmin institutlara uşaqlarını göndərməməyi tövsiyə edir Naxçıvana gəliş-gediş çətindir. Muxtar Respublika blokadada olduğundan Bakıdan ora yalnız təyyarə ilə getmək mümkündür. Bir də görürsən, əlverişsiz hava şəraiti üzündən təyyarələrin uçuşu bir neçə saat, bəzən də bir neçə günlük təxirə salınır
Mən Naxçıvana gedəndə də belə oldu. Təyyarə uçuşa düz 2 saat vaxtından gec başladı. Ancaq Naxçıvanda yaşamaq ora gedib-gəlməkdən də çətindir. Hərçənd buna Azərbaycanın başqa bölgələrində yaşayan insanları inandırmaq bir qədər çətindir.
Vaxtilə Lənkəran rayon İcra Hakimiyyətində işləmiş bir dostum deyir ki, indi Lənkəranda bütün iri vəzifələrdə Naxçıvanın Şərur rayonundan gəlmə insanlar çalışır. Onun sözlərinə görə, oxşar vəziyyətə Azərbaycanın əksər rayonlarında da rast gəlmək mümkündür. Həmin dostumun təxminlərinə görə, bir halda ki, Bakıda və ətraf bölgələrdə əksər vəzifələrdə naxçıvanlılar çalışır, deməli, Muxtar Respublikada yaşayış Azərbaycanın başqa bölgələrinə nisbətən çox-çox yaxşı olmalıdır.
Ancaq mən Naxçıvanın Şərur rayonunda dostumun təxminlərinin tamam əksi ilə qarşılaşdım. Şərur rayonunun Yengicə kəndində demək olar ki, hər iki evdən birinin qapısından qıfıl asılıb. Deyilənlərə görə, insanların əksəriyyəti dolanışıq ucundan ailələri ilə birgə qonşu Türkiyəyə gediblər. Uçulub-sökülməkdə olan həyat-bacaları uzun-uzadı dolaşmaqdansa, birbaşa kəndin çayxanasına üz-tuturam. Yengicə kəndinin çayxanası da bir o qədər səs-küylü deyil.
Çayxanadakı kənd sakinlərindən Əhməd Əliyev deyir ki, onun beş uşağının beşi də indi Türkiyədədir. Çörək pulu ucundan Yengicəni tərk ediblər.
Kənddə Əhməd kişi kimi tənha qocalar çoxdur. Ancaq onların Türkiyəyə işləməyə gedən övladlarının da deyəsən, heç də hamısı orada elə də firavan həyat tərzi sürmür. Hər halda, Yengicəyə qayıdanların sözlərindən belə çıxır ki, bu məcburi miqrasiya ata-anaları kimi onların uşaqlarını da bir növ taleyin sərt burulğanlarına atıb. İndi Türkiyənin müxtəlif şəhərlərində Azərbaycanın elə bir gənc nəsli böyüyür ki, onlar heç ibtidai təhsil belə ala bilmədiklərindən yazıb-oxumağı da bacarmırlar. Üstəlik, kirə haqqı az olsun deyə, əsasən zirzəmilərdə qalırlar. Ancaq bu da çıxış yolu deyil. Çünki zirzəmilər rütubətli olduğundan, sonradan qazanclarını iynə-dərmana verməli olurlar.
Yengicədən Türkiyəyə gedən insanların sözlərinə görə, İstanbulda «Beş yüzlülər» adlı bir məhəllə var. Həmin məhəllədə ancaq yengicəlilər yaşayır. Yengicəlilər isə vaxtilə əsasən kənd təsərrüfatı ilə məşğul olublar. Deyilənlərə görə, bu kəndin sakinləri təkcə yazda və yayda yox, qış aylarında da boş oturmur, istixanalarda yetişdirdikləri tərəvəz məhsulları ilə Muxtar Respublikanın bütün bazarlarını təmin edirdilər. İndi görəsən nə baş verib ki, burada yaşayan insanların əl-qolu torpaqdan belə soyuyub?
"Əkdiyimiz taxılı 800 manatdan baha sata bilmirik. Belə isə sərf edilən xərcdən əlavə bizə heç nə qalmır. Üstəlik, indi də yanacağın qiymətini qaldırdılar…"
Yengicə Kənd Bələdiyyəsinin sədri Mirağa Seyidov isə çoxlarının əl-qolunun torpaqdan soyumasını onların daha çox gəlir əldə etmək istəkləriylə izah edir. Onun sözlərinə görə, əgər Türkiyəyə gedən yengicəlilər tənbəllik etməsələr, burada da yaxşı dolana bilərlər.
Mirağa Seyidov deyir ki, kəndin yarıbayarı boşaldığını demək də tam düzgün olmazdı. O qeyd edir ki, Yengicədə düz 580 ev var, bu evlərdən indi təqribən 200-ü boş qalıb. 400-ə yaxın evdə yenə də həyat davam edir.
Ancaq başqa sakinlər deyir ki, Yengicənin ikimərtəbəli məktəb binasının indi