Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 09:49
Rubrikalar

Cənubi Qafqazda QHT-lər


Səs: Real audio
Yanvarın 29-da, günorta saat 13.20 radələrində paytaxt Bakı, Abşeron yarımadası və ölkənin şimal-şərq rayonları elektriksiz qalıb. Təqribən bir saat sonra Bakının mərkəzinə işığın verilməsi bərpa olunub Həftənin hadisələrindən biri Rusiyada casus qalmaqalı oldu. Rusiya Federal Təhlükəsizlik Xidməti bildirir ki, Moskva yaxınlığında adi bir daşın əslində gizli informasiya ötürən aparat olduğunu aşkar edib. Sonra dedilər ki, bu qeyri-adi daşdan Moskvadakı Britaniya səfirliyinin əməkdaşları istifadə edirlərmiş. O əməkdaşlar ki, Rusiyada qeyri-hökumət təşkilatları ilə işləyirlər.



Bəziləri hesab edirlər ki, Putin hökuməti qalmaqalı qeyri-hökumət təşkilatları haqqında qanunun vacib olduğunu göstərmək üçün uydurub. Bu ildən Rusiyada belə təşkilatların fəaliyyətini məhdudlaşdıran qanun qəbul olunub



Qeyri-hökumət təşkilatları adından da göründüyü kimi, hökumətin deyil. Belə təşkilatlar əslində bir növ müxalifət rolunu oynayır. İradları, təşəbbüsləri ilə hökuməti tərpətməyə çalışırlar.



Məsələn, Birləşmiş Ştatlarda yerləşən "Human Rights Əatch" insan haqları təşkilatı Amerikadan tutmuş Azərbaycana qədər bütün dövlətlərə iradını bildirir, dəyişikliyə çağırır, bəzən tələb edir. Və Azərbaycanda olduğu kimi, Ağ Evdə də "Human Rights Watch"un ittihamlarını rədd edirlər. "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar" kimi nüfuzlu təşkilatlarla razılaşmayan Azərbaycanın özündə QHT-lər nə haldadır? Bakıdan Rövşən Qənbərov danışır



Azərbaycandan fərqli olaraq Ermənistanda QHT-lərin qeydiyyat problemi yoxdur. Hər halda təşkilatların özləri belə deyirlər. Yəqin ona görə Ermənistanda QHT-lərin sayı daha çoxdur. Bəs bu, nəyisə dəyişirmi? Yerevandan Narek Qalstyan xəbər verir



Çox adam elə bilir ki, Gürcüstanda vətəndaş cəmiyyətinin yaranması üçün zəmin var. Çoxları da hesab edir ki, Gürcüstanda vətəndaş cəmiyyəti artıq formalaşıb. Sübut üçün 2003-cü ilin hadisələrini misal gətirirlər. O vaxt "məxməri inqilab" zorakılıq olmadan baş verdi. Hesab edirlər ki, zorakılığın olmamasına səbəb əhalinin fəallığı, aksiyaların yaxşı təşkil olunması idi. Amma bu o deməkdirmi ki, Gürcüstanda vətəndaş cəmiyyəti var? Tbilisidən Tamar Çikovani danışır



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG