Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Araz Əzimov: «Paris görüşündə sənəd imzalanmayacaq»


Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir "2006-cı ildə Cənubi Qafqazdakı münaqişələrin həllinə yeni imkanlar açılır". Bunu ATƏT-in indiki sədri, Belçikanın xarici işlər naziri Karel De Quxt bu günlərdə BMT-də deyib.



ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunda rusiyalı həmsədr Yuri Merzlyakov Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin London görüşü ərəfəsində deyirdi ki, tərəflər "bəzi prinsipial məsələlərdə razılığa gələ bilmirlər". Merzlyakov əvvəllər "bəzi" sözünü işlətmirdi, deyirdi ki, "tərəflər prinsipial məsələlərdə razılığa gələ bilmirlər". Amerikalı həmsədr Stiven Mann da deyir ki, problem 2006-cı ildə həll olunmasa, heç vaxt həll olunmaya bilər. Yəni indi şans böyükdür



Ötən ilin sonunda – 2005-ci dekabrın 28-də prezident İlham Əliyev bu məsələyə bir qədər aydınlıq gətirdi. O dedi ki, danışıqlar prosesində müəyyən irəliləyiş olsa da, problemin 2006-cı ildə həll ediləcəyini demək çətindir. Ancaq dövlət başçısının bu bəyanatından sonra da ümidlər barədə fikirlər səslənməkdə davam etdi.



Prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimovun fikrincə isə, bu məsələdə hansısa ümidlərin yaranması barədə deyilənlər, optimist bəyanatların səsləndirilməsi yalnız emosional xarakter daşıyır. O deyir ki, ümumiyyətlə, bu istiqamətdə iş emosional aspektlər yox, real şəraitlə əlaqələndirilməlidir. Ancaq əlbəttə ki, Dağlıq Qarabağ probleminin həlli üçün real imkanlar mövcuddur və prosesin irəli getməsi onlardan hansı şəkildə istifadə ediləcəyindən asılıdır.



Cənab Əzimovun sözlərinə görə, hamı anlamalıdır ki, bir tərəfi tam təmin edəcək variant mümkün deyil. Lakin kompromislərin əldə edilməsi də birinin digərindən zəif olması kimi qəbul edilməməlidir. Çünki hər iki tərəf öz maraqlarından çıxış etməklə yanaşı, münaqişənin həlli zamanının gəlib çatdığını anlayır.



Araz Əzimov deyir ki, referendumla bağlı son vaxtlar səslənən fikirlər əsassız şayiələrdir. Azərbaycanda yalnız konstitusiyanın 3-cü maddəsinə uyğun olaraq ümummilli referendum keçirilə bilər. Ancaq eyni zamanda regionun azərbaycanlı və erməni əhalisi sabah hansısa məsələyə öz münasibətlərini də bildirə bilərlər. Hələlik isə bu barədə konkret heç bir müzakirə aparılmır.



Rasim Musabəyov isə hesab edir ki, Araz Əzimov bu məsələdə bir qədər səmimi deyil. Çünki ermənilərin iddiası Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirməkdir. Bu isə olduqca təhlükəlidir.



Rasim Musabəyov deyir ki, referendumun keçirilməsi hər bir halda Dağlıq Qarabağın Azərbaycanın digər ərazilərindən fərqli yeni bir statusunu yaradacaq.



Araz Əzimov bildirdi ki, prezidentlərin Paris görüşündə konkret heç bir sənəd müzakirə olunmayacaq. Ancaq ortada Minsk Qrupu həmsədrlərinin təkliflərindən ibarət bir mətn var. O sənəd yox, adi bir mətn olsa da, müzakirəsi mümkündür.



Cənab Əzimovun sözlərinə görə, həmin mətndə Dağlıq Qarabağı ətrafı ərazilərin boşaldılması –qoşunların çıxarılması məsələsi də var. Ancaq bunun necə həyata keçirilməsi mexanizmi göstərilmir.



Araz Əzimov deyir ki, bu məsələlərdə ziddiyyətlər, mövqe ayrılığı var. Xarici işlər nazirlərinin London görüşündə bunları aradan götürmək mümkün olmayıb. Ola bilsin ki, bunların həlli daha yüksək səviyyədə həyata keçirilməlidir. Cənab Əzimovun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr prezidentlərin Fransa görüşündə davam etdirilə bilər.
XS
SM
MD
LG