Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:38

Möhlət başa çatdı<p align=`left`><br><br>


Səs: Real audio
«Azadlıq» bloku MSK-nın formalaşdırılmasında iştirakdan imtina edir Milli Məclisin Mərkəzi Seçki Komissiyasının [MSK] yeni tərkibini formalaşdırmaq məqsədilə parlamentdəki 11 partiyaya və bitərəflərə ayırdığı vaxt yanvarın 15-də başa çatdı.



«Azadlıq» blokuna daxil olan Xalq Cəbhəsi və Liberal partiyaları bu quruma namizəd göndərməkdən birdəfəlik imtina ediblər. Müsavat partiyası isə MSK-nın paritet əsaslarla formalaşdırılması təklifi ilə parlamentə müraciət edib və quruma nümayəndə göndərib-göndərməyəcəyi həmin müraciətə veriləcək cavabdan asılı olacaq.



Müsavat partiyası başqanının müavini Arif Hacılı deyir ki, parlament bu müraciətə cavab göndərmədiyindən, onlar da öz nümayəndələrini müəyyənləşdirməyiblər.



Arif Hacılıya görə, parlamentin verdiyi vaxt bir qədər də uzadılmalıdır. Çünki 11 partiya arasında püşkatma yoluyla 6 partiyanı müəyyənləşdirmək absurddur. Nəsə yeni bir şey düşünülüb tapılmalıdır.



Vətəndaş Həmrəyliyi partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyir ki, qanuna görə, parlamentə düşən 11 partiya üzvünün heç də hamısı MSK-nın formalaşmasında iştirak etməməlidir. Qanunvericiliyə görə, seçkiyə yalnız partiya kimi qatılan və qalib gələnlər MSK-nı formalaşdırmalıdırlar. Bu halda MSK-nı seçkiyə partiya kimi qatılan 5 partiya – Yeni Azərbaycan, Müsavat, Liberal, Xalq Cəbhəsi və Vətəndaş Həmrəyliyi partiyaları birgə formalaşdırmalıdırlar.



Amma bununla belə, VHP, Ümid və bir sıra başqa partiyalar MSK-dakı təmsilçilərini artıq müəyyənləşdiriblər.



Parlamentdəki bitərəflər isə qış tətilində olduqlarından, MSK-ya göndərəcəkləri namizədi dəqiqləşdirməyiblər.



Qanunvericiliyə görə, 18 nəfərdən ibarət MSK 6 nəfər hakim YAP-ın, 6 nəfər parlamentdəki müxalifət partiyalarının [onların sayı çox olduqda, püşkatmayla müəyyənləşdirilir], 6 nəfər isə bitərəflərdən təşkil olunur.
XS
SM
MD
LG