Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 09:20

«Quş qripi»nin Azərbaycan iqtisadiyyatına ciddi təsiri gözlənilmir


Səs: Real audio
Ucuz qiymətə isə satacaq Azərbaycan quş əti ixracatçısı olmadığına görə düşünmək olar ki, "quş qripi" ilə mübarizə Azərbaycana elə bir maddi ziyan vurmur. Ancaq "quş qripi" tapılan ölkələrdən quş ətinin gətirilməsinə qoyulan qadağa təbii ki, bazarda yerli quş ətini bahalaşdırır. Və ya camaat toyuq ətini almayanda, məsələn, mal əti alır ki, bu da mal ətini bahalaşdırır



Söhbət etdiyim satıcılarla alıcıların dedikləri arasında uyğunsuzluq var. Satıcılar deyir ki, toyuq əti yaxşı satılır, şəhər sakinlərinin çoxu isə əksinə, ən azı yeni il başlanandan toyuq ətindən imtina etdiklərini bildirirlər.



Avropa Birliyi Türkiyə ilə həmsərhəd ölkələrdən, o cümlədən Azərbaycandan quş tükünün idxalına qadağa qoysa da, bunun Azərbaycana elə də təsiri olmayacaq. Çünki Azərbaycan heç bir Avropa ölkəsinə quş əti, yaxud quş məhsulları ixrac etmir.



Həmin qadağanın ölkə iqtisadiyyatına dolayı təsiri olacağı göstərilir. Belə ki, əgər qadağanın miqyası böyüyərsə, bu, quş ətinin qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Bu halda isə Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir qaçılmaz olacaq. Müsbət təsir ondan ibarətdir ki, idxal edilən quş ətinin qiyməti xeyli aşağı düşəcək. Ancaq bu cür qiymət enməsi yerli təsərrüfatlara ziyandır, çünki yerli məhsulun maya dəyəri onsuz da yuxarıdır.



Bəzi yerli mütəxəssislərin fikrincə, son aylar Azərbaycana idxal olunan toyuq ətinin ümumi həcmi azalsa da, yerli məhsullara tələbat dəyişməyib. Lakin Masallıda quşların kütləvi qırılması və bunun səbəbinin hələ dəqiq müəyyən edilməməsi yerli istehsalçılar üçün də təhlükə yarada bilər.



"Turan" informasiya agentliyinin əməkdaşı Hafiz Babalı isə "quş qripi" virusunun Azərbaycan iqtisadiyyatına heç bir təsiri olmayacağı qənaətindədir. O, quş ətinin gətirilməsinə qoyulan qadağanın yerli istehsal üçün daha yaxşı şərait yaratdığını deyir.



Cənab Babalının fikrincə, hazırda hökumətin ən vacib vəzifəsi xırda müəssisələrdə quşların hər hansı virusa yoluxmaması üçün maarifləndirmə işi aparmaqdır. Hafiz Babalı Masallıda quşların qırılmasında da təhlükəli bir səbəb görmür, bu xəstəliyin əsasən yemləmə ilə bağlı olduğunu deyir.



Son bir ildə quş ətinin qiymətində sabitlik müşahidə olunub, köhnə pulla 11-12 min manat civarında dəyişib. İstehsal artdıqca isə, quş ətinin qiymətinin aşağı düşəcəyi istisna olunmur.



Ancaq bəzi ekspertlərin qənaətincə, Qurban bayramı dövründə quş ətinə tələbat azala bilər. Çünki əhali bayramda bir neçə günlük ət tədarükünü görür.
XS
SM
MD
LG