Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Yeni il şənlikləri davam edir


Səs: Real audio
Səməd Seyidov deyir ki, hesabatda Azərbaycan ərazilərinin işğal edilməsi və Dağlıq Qarabağdakı rejimin separatçı olması barədə faktlar öz əksini tapıb - Tamaşa çox xoşuma gəldi. Şaxtababanı gördüm. Tamaşadan valideynlərimizi sevməyi, tərbiyəli, səliqəli olmağı öyrəndik.



Bu, Pişəvari adına Humanitar Fənlər Gimnaziyasında təhsil alan 7 yaşlı Əli Ağayevdir. O, Bakı Uşaq Teatrının hazırladığı tamaşaya sinif yoldaşları ilə gəlib və deyir ki, bileti onlara pulsuz veriblər.



Bakı Uşaq Teatrın rəhbəri İntiqam Soltan isə deyir ki, onlar hər tamaşaya imkansız ailələrdə böyüyən və kimsəsiz uşaqları da dəvət edirlər. İntiqam Soltanın sözlərinə görə, teatr azyaşlı tamaşaçıları üçün daha çox tərbiyəvi xarakterli tamaşalar hazırlayır. Yeni ildə teatrın tamaşaçılarına yeni sürprizləri də olacaq:



- Teatrın qarşısında tamaşaçılarımızı milli uşaq nağıl qəhrəmanları qarşılayacaqlar. Zalda da stasionar nəzarətçilər yox, nağıl qəhrəmanları olacaq.



Bakı Uşaq Teatrı ilə yanaşı Kukla Teatrında da yanvarın 8-dək hər gün azyaşlı tamaşaçılar üçün Yeni il bayramı ilə bağlı şənliklər təşkil olunacaq, tamaşalar göstəriləcək.
XS
SM
MD
LG