Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

Neft Fondunun 2006-cı il büdcəsi təsdiq olunub


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Prezident İlham Əliyev Dövlət Neft Fondunun (DNF) 2006-cı il büdcəsi barədə fərman imzalayıb.Sənədə əsasən DNF-nin 2006-cı il büdcəsinin gəlirləri 807 842,6 min manat, xərcləri isə 954 287,7 min manat məbləğində təsdiq edilir.



Fərmanda bildirilir ki, fondun 2006-cı il büdcəsinin xərcləri qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclərə, 2006-cı il dövlət büdcəsinə transferə, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına və Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə sərf edilir.
XS
SM
MD
LG