Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Təyyarədə həlak olanların ailələrinə kompensasiya veriləcək


Səs: Real audio
«Azəriqaz»ın rəhbəri qazın qiymətinin gələn il artmayacağını deyir Ancaq məbləğ açıqlanmır



Əvvəllər metro qəzalarında ölənlərin ailələri və ya yaralananlar kompensasiya tələb etsələr də, almadılar.



Metronun "Bakı Soveti" stansiyasındakı qəzada xəsarət alanlara kompensasiya verilməməsi "Sərnişinlərin İcbari Sığortası haqqında" qanundakı boşluqla izah olunur.



İstehlakçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Eyyub Hüseynov deyir ki, bu qanuna görə, sərnişinlər hələ nəqliyyat vasitəsinə minməmişdən, yəni dayanacaqda dayanıb gözləyəndən məcburi sığortalanmış sayılır. Ancaq metro nəqliyyat vasitəsi kimi bu qanuna daxil edilməyib. Eyyub Hüseynov eyni zamanda metro qəzasıyla bağlı onlara müraciət olunmadığını deyir.



AN-140-100 təyyarəsində həlak olanların ailələrinə isə kompensasiya veriləcək.



Bunu "AzAL" Dövlət Konserni də təsdiqləyir. Konsernin sədr müavini Sabir İlyasovun bildirdiyinə görə, sərnişinlərə Mülki Hava Daşımalarına dair Varşava Konvensiyasına əsasən, kompensasiya verilməlidir. Hətta onların müraciət edib-etməməsindən asılı olmayaraq. Ancaq "AzAL" bu kompensasiyanın məbləği barədə ətraflı məlumat vermədi.



Beynəlxalq Vəkillər Birliyinin üzvü Muxtar Mustafayevsə deyir ki, ölüm hadisəsinə görə Varşava Konvensiyasında 75.000 ABŞ dolları nəzərdə tutulur.



Varşava Konvensiyası beynəlxalq daşımalara tətbiq edilir. Beynəlxalq daşımalarla bağlı isə Azərbaycanda insan tələfatıyla nəticələnən təyyarə qəzası əvvəllər baş verməyib. AN-140-100 təyyarəsi ilk belə insidentdir.



"AzAL" Dövlət Konserninin sərnişinlərini sığortalaması barədə məlumat verilmir. Ancaq AN-140-100 təyyarəsi "AzAL" sığorta şirkəti tərəfindən sığortalanıb. Hazırda "AzAL"ın yaratdığı komissiya təhqiqat aparır, araşdırmalar başa çatandan sonra sığorta haqqını almaq üçün lazımi sənədlər hazırlanacaq. "Trend" informasiya agentliyinin məlumatına görə, şirkət rəsmisi sığorta məbləğini almağa ümidini bildirib.



AN-140-100 təyyarəsinin qiyməti 9 milyon 100 min dollardır. Təyyarənin alınması barədə sənəd 2004-cü il iyulun 8-də "AzAL"la Xarkov Dövlət Aviasiya Şirkəti arasında imzalanıb.



Bu il dekabrın 23-də Bakı-Aktau marşrutuyla uçan təyyarə qəzaya uğrayıb, 23 nəfər həlak olub.
XS
SM
MD
LG