Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Prezidentin əməkhaqqı azaldıldı


Səs: Real audio
Bundan sonra Azərbaycanın dövlət başçısının aylıq vəzifə maaşı 15 min yeni Azərbaycan manatı olacaq. Bu isə təxminən 16 min 350 ABŞ dollarına bərabərdir Milli Məclisin dekabrın 24–də keçirilən iclasında millət vəkilləri bu məsələ ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik etdilər.



Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bu təşəbbüsün prezident İlham Əliyevin özündən gəldiyini deyir.



Hazırda Azərbaycanda minimum əməkhaqqı 150 min manat müəyyən edilib. Prezidentin maaşı isə minimum əməkhaqqına bağlıdır. Ona görə də minimum əməkhaqqının məbləği artdıqca, prezidentin də maaşı artmış olur.



2003-cü ilin noyabr ayında da prezidentin təşəbbüsü ilə onun maaşı minimum əməkhaqqının 600 mislinə endirilmişdi.



Parlamentin bu iclasında Ali Məhkəmənin hakimi Südabə Həsənova və İqtisad Məhkəməsinin hakimi Cəfər Vəliyevin səlahiyyətlərinə xitam verildi. Konstitusiya Məhkəməsinə hakim təyin olunan Südabə Həsənova millət vəkilləri qarşısında and içdi.
XS
SM
MD
LG