Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

«Azpetrol»un səhmdarları hökuməti «düşmənçilikdə» ittiham edir


Səs: Real audio
Hollandiyalı səhmdarlara məxsus "Azpetrol Group" və "Azpetrol Oil Services Group" bəyanat yayaraq "Azpetrol Ltd."-nin səhmlərinin əllərindən alınmasını Azərbaycan hökumətinin "düşmənçilik əməli silsiləsinin davamı" adlandırıb Şirkətin dekabrın 21-də yaydığı bəyanatda bildirilir ki, Arbitraj Məhkəməsinin ötən həftəsonu çıxardığı qərar qüvvədə qalsa, 300 milyon dollardan çox olan əmlaklarını itirəcəklər.



Arbitraj Məhkəməsi dekabrın 19-da İbrahim Məmmədov adlı iddiaçının, həmçinin Vergilər Nazirliyinin ərizəsi əsasında qaldırılan iddianı təmin edib.



Bəyanatda deyilir ki, "Azpetrol"un səhmdarları əmlak hüquqlarının qorunması üçün bütün hüquqi vasitələrdən, o cümlədən beynəlxalq hüququn gücündən istifadə edəcəklər.



"Azpetrol"un prezidenti Rafiq Əliyev qardaşı – keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birlikdə dövlət çevrilişinə cəhd ittihamı ilə oktyabrda həbs ediliblər.
XS
SM
MD
LG