Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

BDU-dan qovulan tələbənin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı


Səs: Real audio
Təhsil naziri Misir Mərdanov məsələni araşdıracağını deyir Dekabrın 20-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi bu təhsil müəssisəsinin 4-cü kursundan xaric olunmuş Turan Əliyevin Hüquqlarını Müdafiə Komitəsi yaradıb. Onların məqsədi siyasi baxışlarına görə qovulan tələbənin BDU-ya bərpa edilməsidir. Komitənin üzvlərindən biri Qaya Əliyev baş verənlərdən sonra Turan Əliyevin psixoloji gərginlik keçirdiyini deyir.



Tələbələr Təhsil naziri Misir Mərdanova və məhkəməyə müraciət etməyi də planlaşdırırlar.



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirir ki, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Komitəsi həm Turan Əliyevin, həm də digər tələbələrin siyasi baxışlarına görə, təzyiqə məruz qalmasından çox narahatdırlar.



Təhsil naziri Misir Mərdanov isə bildirdi ki, təzyiqlərə məruz qalan və universitetdən qovulan tələbələr ona müraciət edərlərsə, o, vəziyyəti araşdırmağa çalışacaq: «Mən də heç kimin qovulmasını istəmirəm. Bu məsələni araşdıracağam».



AXCP Gənclər Komitəsinin üzvü Turan Əliyev BDU-dan bu ilin noyabr ayında xaric edilib. O, dərsə gəlmədiyi halda universitetdə müxalifətin mitinqlərinə çağıran vərəqələr yaymaqda ittiham olunur.
XS
SM
MD
LG