Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:06
Rubrikalar

Ötən həftədən Mətbuat Şurasının üzvü Zeynal Məmmədli danışır


Səs: Real audio
Dekabrın 18-də "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı Bakıda – metronun "Nərimanov" və "Elmlər Akademiyası" stansiyaları yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd edib Mən ötən həftənin əsas hadisələrinə üç prizmadan yanaşmağı üstün tutardım: insan hüquq və azadlıqlarının müdafiəsi, plüralizm və sərbəst bazar dəyərlərinin qorunması.



İlk öncə dekabrın 12-də eks-prezidentin anımı üzərində dayanmaq istərdim. İnsan hüquq və azadlıqlarının müdafiəsi baxımından bu üzn günü pozuntular normaya çevrilib. Yəni Azərbaycanın bütün televiziyaları yalnız Fəxri Xiyabanda anım gününü göstərməklə məşğul oldu. Sovet dövrünün bütün parametrlərini yenidən yaşadıq. Xarici – istər Rusiya, istərsə də türk kanallarının belə translasiyası dayandırıldı.



Bu kontekstdə mən bir qrup Azərbaycan ziyalısının dünya demokratik birliyinə müraciətini çox önəmli sayıram. Orda haqlı olaraq bildirildi ki, Azərbaycanda liberal demokratik dəyərlərlə bağlı çox faciəvi bir situasiya var və Azərbaycan geniş addımlarla demokratiyadan üzü geriyə – totalitar dəyərlərə doğru sürüklənməkdədir.



Və üçüncüsü, "Elektroştamp" zavodunun rəhbərlərinin başına qara kisə keçirilərək həbs olunması sərbəst bazar dəyərlərinə Azərbaycanda münasibəti sərgiləyir. O qardaşların necə çalışdığını, vergi qaçaqçılığı edib-etmədiklərini mən bilmirəm. Bu məsələləri atıram bir yana. Anacaq onların insan ləyaqətini bu şəkildə alçaltmaq göstərir ki, bizdə açıq cəmiyyət dəyərləri ilə bağlı dəhşətli problemlər var.



Qalan hadisələrə gəlincə, icra başçılarının dəyişməsi və yaxud Prezident Aparatında kiminsə çıxarılması, yerinə kiminsə təyin edilməsi – bütün bunlar fondur, hakimiyyət daxili gedişlərdir.
XS
SM
MD
LG