Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:51

Araz Əzimov Lyublyana görüşünü müsbət dəyərləndirir


Səs: Real audio
Xavyer Solana gələn il münaqişənin həllində dönüş ola biləcəyini deyib «Dağlıq Qarabağ (DQ) münaqişəsinin həllinə dair müzakirələrdə müsbət irəliləyişlər var» demək çox çətindir» - Xarici İşlər nazirinin müavini Araz Əzimov Sloveniya paytaxtı Lyublyanada ATƏT-in Nazirlər Şurasının illik konfransındakı müzakirələrin yekunlarına və daha bir neçə məsələyə həsr olunmuş brifinqdə belə söylədi.



30-il əvvəl yaradılan ATƏT-in geosiyasi maraqlar baxımından yeniləşdirilməsi istiqamətində iş getdiyindən artıq bu qurum daxilində də siyasi münasibətlər gərginləşib. Bu mənada təşkilatın DQ münaqişəsinin tənzimləməsinə də ciddi zərurət yaranıb.



Araz Əzimov deyir ki, ümumi razılıq olmadığına görə, bəzi gözlənilən və planlaşdırılan qərarlar qəbul edilməyib. Bu sırada münaqişənin həllinə dair ATƏT-in mövqeyini bildirən deklarasiya da var. O, bildirir ki, Praqa görüşündən sonra ilk dəfə olaraq Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Lyublyanada ATƏT həmsədrləri ilə görüşüb. Görüşdə münaqişənin həllinə dair Azərbaycanın 2006-cı ildə görə biləcəyi işlərə dair məsələ müzakirə olunub. Cənab Əzimov bildirir ki, ATƏT həmsədrləri DQ münaqişəsinin həllinə dair məsələni dekabrın 16-sı və 17-də Bakıya səfərləri zamanı prezident və Xarici İşlər naziri ilə görüşdə təkrar müzakirə edəcəklər. Cənab Əzimovun məlumatına görə, konfransda ATƏT sədri adından bəyanat da təqdim olunub.



Konfransda sərhədlərin konsepsiyası ilə bağlı ATƏT-in gələcək fəaliyyətini nəzərdə tutan sənədin qəbulunu Azərbaycan üçün vacib sayan nazir müavini deyir ki, ümumilikdə Lyublyana görüşünü müsbət dəyərləndirmək olar.



Mətbuat konfransında Araz Əzimov NATO və Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinə dair jurnalistlərin suallarını da cavablandırdı. Onun fikrincə, Azərbaycan NATO və Avropa Birliyi ilə əməkdaşlıq istiqamətində işləri indiki səviyyədə davam etdirsə, yaxın gələcəkdə bunun müsbət nəticələrini görəcək.
XS
SM
MD
LG