Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

İnsan haqları fəalları Gəncədə birləşirlər


Səs: Real audio
Koroğlu Qasımov haqqında cinayət işinin istintaqı isə davam edir Gəncədə qeyri-hökumət təşkilatları, siyasi partiyalar və mətbuat nümayəndələri insan haqlarının müdafiəsi üçün birgə fəaliyyət göstərəcəklər. Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə 10-dək təşkilat və 7 vətəndaş bununla bağlı əməkdaşlıq sazişi imzalayıblar.



İlk dəfədir belə sazişin imzalandığını bildirən Helsinki Vətəndaş Assambleyasının Gəncə şöbəsinin rəhbəri Akifə Əliyevanın sözlərinə görə, ayrı-ayrılıqda fəaliyyət göstərdikləri üçün insan haqlarıyla bağlı ortaya çıxan problemlərin köklü həllinə nail ola bilmirlər.



Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri dəvətli olsalar da, onlar tədbirə qatılmayıblar. Bunu ciddi problem saymayan icra başçısının müavini Akif Ələkbərov deyir ki, onlar hər zaman insan haqları sahəsində problemlərin həllinə dəstək verməyə hazırdırlar.
XS
SM
MD
LG