Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:19

<i>«Yeni Azərbaycan»</i>: «Vaşinqton müxalifətə növbəti dəfə «yox» dedi»


Səs: Real audio
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir «Bakı Xəbər» qəzetindəki «Zakir Qaralov artıq qiyamçı məmurların çevrilişə hazırlıqlarından yox, korrupsiyaya yol vermələrindən danışır» başlıqlı məqaləsində Cəlal yazır ki, eks-spiker Rəsul Quliyevin Azərbaycana dönüşünün qarşısını almaq üçün çevriliş şousu hazırlayan hakimiyyət bir neçə məmurunu qurban verdi.



Məqalədə bildirilir ki, çox primitiv şəkildə hazırlanan bu ssenari hətta Heydər Əliyevin yaxın silahdaşlarından olan Əli İnsanovun güdaza verilməsi ilə nəticələndi. Lakin bu arada baş prokurorun qiyamçılarla bağlı açıqlaması artıq bu əməliyyatın istiqamətinin dəyişdiyini göstərir. Baş prokuror bildirib ki, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərində, "Azərkimya" Dövlət Şirkətində təftişlər davam edir. Onun dediyinə görə, İqtisadi İnkişaf Nazirliyinin Respublika Auksion Mərkəzində təxminən 300 minə yaxın özəlləşmə çekinin mənimsənilməsi faktı aşkar edilib.



Müəllif yazır ki, beləliklə vurulan məmurların dövlət çevrilişinə hazırlıq kimi ağır cinayətdə ittiham olunması artıq ikinci plana keçir və əsas vurğu onların vaxtı ilə rəhbərlik etdiyi qurumlardakı korrupsiya hallarının üzərinə salınır.



«Yeni Azərbaycan» qəzetindəki «ABŞ Azərbaycandakı demokratiya prosesini dəstəkləyir» başlıqlı məqaləsində Aqşin yazır ki, bununla da rəsmi Vaşinqton Azərbaycanda keçirilən parlament seçkilərinə münasibətini dəqiqləşdirdi.



Məqalədə bildirilir ki, indiyə qədər ABŞ-ın mövqe ilə bağlı xeyli qaranlıq məqamlar var idi. Hər kəs bu məsələdə öz mənafeyi həcmində çıxış edirdi. Xüsusilə də müxalifətdə təmsil olunanlar. Bu da başadüşüləndir. Müəllif hesab edir ki, Azərbaycan müxalifəti hakimiyyətə gəlmək uğrunda yalnız beynəlxalq dəstəyə bel bağlayır və buna görə ən önəmli dəstəyi də ABŞ-dan gözləyirdi. Amma bunun əksi baş verdi. ABŞ Azərbaycanı qanə edən bəyanatla çıxış etdi.



Məqalədə bildirilir ki, bu, rəsmi Vaşinqtonun Azərbaycan müxalifətinə növbəti dəfə "yox" deməsi idi. Hadisələrin bu cür cərəyan etməsindən qıcıqlanan müxalifət liderləri özlərinin "xaç atası" hesab etdikləri ABŞ səfirinə qarşı kütləvi kampaniyaya başladılar.
XS
SM
MD
LG