Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

26 noyabr aksiyasında saxlanmış 26 nəfər azadlığa buraxılıb


Səs: Real audio
Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirdiyi yürüş-mitinq zamanı inzibati cəza almış 26 nəfər azadlığa buraxılıb. Bu haqda blokun Mərkəzi Seçki Qərargahının katibi Fəhmin Hacıyev məlumat verdi. Onun sözlərinə görə, yalnız bir nəfər, 15 sutka azadlıqdan məhrum edilmiş Əfraz Ağayev buraxılmayıb.



«Azadlıq» blokundan verilən məlumata görə, noyabrın 26-da 50-yə yaxın aksiya iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb. Yasamal Rayon Məhkəməsi onlardan 36 nəfəri haqda inzibati cəza qərarı çıxarıb, 11 nəfər cərimələnərək azadlığa buraxılıb, qalan aksiya iştirakçıları isə 10 sutka müddətinə azadlıqdan məhrum ediliblər. 300 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.



Daxili İşlər Nazirliyinin məlumatında isə deyilirdi ki, mitinq zamanı 25 nəfər saxlanılaraq 1 sutkadan 10 sutkayadək azadlıqdan məhrum olunub. 46 polis əməkdaşı isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
XS
SM
MD
LG