Səs: Real audio
Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə mavinlər seçiliblər "Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı" 2006-cı ildə "İnsan hüquqları məktəbi" layihəsini Azərbaycanın 10 regionunun orta məktəblərində də tətbiq edəcək.
Birliyin sədri Rüstəm Məmmədov deyir ki, layihənin əsas məqsədi yeniyetmələr və gənclərdə insan hüquqları haqqında sistemləşmiş təsəvvürün formalaşdırılmasıdır. O bildirir ki, "İnsan hüquqları" adlı fənnin orta və ali məktəblərin tədris planına salınması üçün də hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır:
"Təhsil Nazirliyi ilə danışıqlar aparırıq ki, bu fənn orta məktəblərdə tədris olunsun. "Baloniya Sistemi"nin tətbiqi prosesində bu məsələnin ali məktəbdə də tətbiqinə çalışacayıq. Ali məktəbdə isə bu, əlbəttə ki, geniş bir tədris fənni kimi daha professional səviyyədə həyata keçirilməlidir. Bu sahədə mövcud olan ekspertlər qrupunu da biz artıq müəyyənləşdirmişik və onların xaricdə təcrübə keçməsinə də çalışacağıq".
Rüstəm Məmmədov deyir ki, layihə çərçivəsində artıq 2 regionun – Lənkəran və Dəvəçi rayonlarının 7 orta məktəbində 45 gün ərzində yuxarı sinif şagirdlərinə "İnsan hüquqları" fənni tədris olunub. Və əldə olunan nəticə növbəti ildə bu işin digər 10 regionda da davam etdirilməsini zəruri edib:
"Orta məktəblərdə yeni nəslin bu istiqamətdə tərbiyəsi çox böyük effekt verir. Bunu valideynlər də, müəllim və şagirdlərin özləri də qeyd edir. Biz insan hüquqlarına hörmət edən, onu təbliğ edən insanlar qrupu yetişdirmək istəyirik. Bunu mütləq gənc nəsildən başlamaq lazımdır. Fikrimiz var ki, gələn il 10-a yaxın rayon götürək və bu işi geniş surətdə davam etdirək".
Rüstəm Məmmədovun sözlərinə görə, birlik insan hüquqlarının tədrisi zamanı özünün hazırladığı dərslikdən və bu sahədə mövcud olan materiallardan istifadə edir.