Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Oqtay Əsədov yeni parlamentin sədri seçildi


Səs: Real audio
Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə mavinlər seçiliblər Dekabrın 2-də yeni seçilmiş Milli Məclisin (MM) ilk iclası keçirilib. Parlamentin sədrliyinə bir nəfərin - 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmiş Oqtay Əsədovun namizədliyi irəli sürülüb. Gizli səsvermə nəticəsində 104 nəfər lehinə, bir nəfər əleyhinə olmaqla cənab Əsədov spiker seçilib.



Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə mavinlər seçiliblər.



Ziyafət Əsgərov 76 saylı Lənkəran-Astara, Bahar Muradova 85 saylı Füzuli, Valeh Ələsgərov isə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçiliblər. Ziyafət Əsgərov və Bahar Muradova Yeni Azərbaycan Partiyasının üzvləri, Valeh Ələsgərov isə bitərəfdir.



Oqtay Əsədov 1955-ci ildə Ermənistanın Qafan rayonunda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.



1996-cı ildən «Abşeron» Regional Su Səhmdar Cəmiyyətinin sədri, 2005-ci ildən isə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti olub.



Ailəlidir. İki övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.
XS
SM
MD
LG