Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Dekabrın 1-də Konstitusiya Məhkəməsi 6 noyabr seçkilərinin nəticələrini təsdiqlədi. 125 dairədən 115-də seçkinin nəticəsi etibarlı sayıldı. 6 dairədə, o cümlədən AXCP sədri Əli Kərimlinin irəli çıxdığı Suraxanı 2-ci seçki dairəsində nəticə ləğv olundu. Yeni Azərbaycan partiyasına 54, müxalfətin "Azadlıq" blokuna 5 yer düşdü.
Müxalifət ilkin nəticələrdə göstərilən 7 yerə razılaşmırdı. İndi həmin yerlərdən ikisi də əldən çıxdı. Bundan başqa, etiraz mitinqlərini şəhərin mərkəzində keçirməkdə israrlı olan müxalifət "Qələbə" meydanına razılaşmırdı. Bu gün isə ona mitinq üçün Bakıdan qıraqda – "Motodrom"da yer ayrılıb.
Müxalifət liderləri indi nə edəcəkləri barədə dəqiq bir şey demirlər. Əvvəlki fikirlərini ümumi şəkildə bir daha təkrar edirlər ki, axıra qədər mübarizəni davam etdirəcəklər və bu mübarizə dinc xarakter daşıyacaq.
Müsavat başqanı İsa Qəmbər deyir ki, Bakı şəhər İcra Hakimiyyətinin onlara mitinq üçün «Motodrom»u təklif etməsi də «Azadlıq» blokunda müzakirə ediləcək və bu müzakirələr əsnasında təklifin qəbul edilib-edilməyəcəyinə qəti qərar veriləcək. Ancaq indi «Motodrom»un düz yanında indi böyük tikinti işləri gedir və bunu «Azadlıq» bloku da bilməmiş deyil.
İsə Qəmbər Konstitusiya Məhkəməsinin qərarını isə hakimiyyətin sifarişi ilə izah edir:
"Konstitusiya Məhkəməsinin Əli Kərimli və Qulamhüseyn Əlibəylinin üstünlük əldə etdiyi dairələrdə nəticələri ləğv etməsi hakimiyyətin xalq və beynəlxalq aləmlə hesablaşmadığının göstəricisidir".
Xalq Cəbhəsi partiyası Məclisinin sədri Qulamhüseyn Əlibəyli isə deyir ki, Konstitusiya Məhkəməsinin qərarı seçkilərə layiq bir qərardır.
Prezident Aparatından Fuad Axundovun sözlərinə görə isə, hakimiyyət həm seçkilərdə, həm də sonrakı mərhələlərdə demokratik prinsiplərə tam əməl edib. O deyir ki, müxalifətin xalqın etirazlarına arxalanması əbəsdir. Çünki keçirilən sorğular da subut edib ki, müxalifətin xalq arasında elə bir dayağı yoxdur. Üstəlik, beynəlxalq təşkilatların Azərbaycana sanksiyalar tətbiq edəcəyi haqda fikirlər də həqiqəti özündə əks etdirmir.
Ekspertlər yenicə formalaşan parlamenti ötən parlamentdən elə də fərqləndirmirlər. Çünki hesab edirlər ki, yenə də parlament hakimiyyətin müstəqil bir qolu kimi işləyə bilməyəcək. Yenə ona Prezident Aparatı nəzarət edəcək.
Konstitusiya Məhkəməsinin təsdiq etdiyi nəticəyə görə, 57 nəfər hakim Yeni Azərbaycan partiyasından, 5 nəfər «Azadlıq» blokundan, 2 nəfər «YeS» blokundan, bir nəfər isə Milli Birlik Hərəkatından seçilib. Daha 2 mandatı Ana Vətən partiyası qazanıb.
Bundan başqa parlamentin yeni üzvlərindən 39 nəfər bitərəfdir. Yerdə qalan mandatlar isə «Azadlıq» və Milli Birlik Hərəkatından kənarda olan başqa müxalifət partiyalarının namizədləri arasında bölünür. Hərçənd onların da müxalifətçiliyinə cəmiyyətdə birmənalı münasibət yoxdur.
«Ayna»-«Zerkalo» qəzetlərinin əməkdaşı Azər Rəşidoğlu hesab edir ki, bitərəflərin əksəriyyəti bir qayda olaraq hakimiyyətin siyasətini müdafiə edir. Onların parlamentə seçilməsində də məhz bu amil başlıca rol oynayıb.
Azər Rəşidoğlunun sözlərinə görə, nə qədər ki, Azərbaycanda bitərəflik institutu formalaşmayıb bu problem mövcud olacaq. Yəni hakimiyyət bəzi özünə yaxın şəxslərdən bitərəf kimi istifadə edəcək.