Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

<i>«Yeni Azərbaycan»</i>: «Rasim Musabəyov deyir ki, Müsavat Partiyasına qayıtmaq niyyəti yoxdur»


Səs: Real audio
Baş Prokurorluğun qərarı ilə 26 noyabrda "Azadlıq" blokunun təşkil etdiyi mitinqdə baş verən qarşıdurmayla bağlı ölkə prokurorluğu cinayət işi açıb. Bu haqda prokurorluq və DİN-in birgə məlumatında bildirilir «Bakı-Xəbər» qəzetindəki «Generalın narahatlığı...Yaşar Əliyev hücumdan özünümüdafiəyə keçir» başlıqlı məqalədə Muxtar Günaydın yazır ki, müxalifətin 26 noyabr aksiyasına divan tutulması qərarı siyasi hakimiyyət dairələrindən verilsə də, əsas icraçı general Yaşar Əliyev oldu. Məqalədə bildirilir ki, əldə olunan məlumata görə, generalın bu primitiv əməliyyatına görə ciddi təpkilərlə üzləşmiş hakimiyyət məhz onun özünü necə deyərlər, üzüaşağı buraxmaqla vəziyyətdən çıxmağa çalışır. Müəllif yazır ki, bu qənaəti möhkəmləndirən bir neçə fakt var. Məsələn, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerli TV-lərin birinə müsahibəsində işlətdiyi «beynəlxalq təşkilatlarla konstruktiv dialoq yaranan kimi kimsə aranı qatır» fikri diqqəti çəkir.



Müəllif başqa bir faktı da qeyd edir. Bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin srağagünki müsahibəsində «Ola bilsin ki, bu məsələ araşdırılsın, kimin nəyi və necə icra etməsi də aydınlaşdırılsın. Bu halda DİN rəhbərliyi və ya Bakı meriyası da məsələyə münasibət bildirə bilər» ifadəsindən sonra Yaşar Əliyev televiziyayla çıxışında prezidentə sədaqətli olduğunu dönə-dönə vurğulamağa başlayıb. Müəllif yazır ki, indiyə kimi hücum mövqeyində olan general öz karyerası üçün yaraşmış təhlükəni hiss edərək müdafiəyə keçib.



«Yeni Azərbaycan» qəzetinə müsahibəsində politoloq Rasim Musabəyov deyir ki, seçkinin yenidən keçirilməsi ilə bağlı müxalifətin tələbləri inandırıcı deyil. Lakin bununla yanaşı, onların etiraz aksiyaları keçirmələri təbii qarşılanmalıdır. Cənab Musabəyov hesab edir ki, iqtidarla müxalifətin dailoqa başlaması üçün müzakirələrin predmeti olmalıdır. Müsavat Partiyasından çıxmasının səbəblərinə də toxunan Rasim Musabəyov deyir ki, partiyaya qayıtmaq niyyəti yoxdur. Oyun oynamadığını bilirən sabiq müsavatçı qeyd edir ki, onun partiyaya qayıtması heç bir əhəmiyyət kəsb etmir.
XS
SM
MD
LG