Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 09:07

700-dək namizəd seçkinin demokratik keçirildiyini bildirir


Səs: Real audio
Tanrıverdi Mustayayev bu rəqəmin artacağını istisna etmir «Parlament seçkisinin azad və ədalətli keçdiyini deyən deputatlığa namizədlərin sayı 700 nəfərə çatıb». Bunu Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov demokratik seçki keçirildiyini bildirənlərin noyabrın 21-də Xətai adına Mədəniyyət Sarayındakı toplantısında dedi. Onun sözlərinə görə, bu siyahıya imza atanların sayı artmaqda davam edir.



Yurddaş Partiyasının sədri – seçkidə məğlub olmuş Mais Səfərli də eyni fikirdədir. BAXCP sədri, yenidən deputat seçilmiş Qüdrət Həsənquliyev isə yeni parlamentin formalaşdırılmasında əsas məsuliyyətin hakim partiyanın üzərinə düşdüyünü bildirdi. Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə başqa dövlətlərə, beynəlxalq təşkilatlara ümid edərək seçkiyə getməyi vətənə xəyanət adlandırdı.



Noyabrın 16-da isə eyni məkanda 500-dən artıq deputatlığa namizəd toplaşaraq, parlament seçkisinin qeyri-demokratik keçdiyini bildirmişdi. Seçkidə ciddi qanun pozuntuları və saxtakarlıqlar olduğunu iddia edənlər arasında bitərəflər, «Azadlıq» və «Yeni Siyasət» seçki bloklarının, Milli Birlik Hərəkatının və YAP-ın nümayəndələri də var idi.
XS
SM
MD
LG