Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Müxalifət növbəti aksiyanın vaxtını dəyişdi


Səs: Real audio
Onlar MSK-nın noyabrın 26-da verəcəyi qərarı gözləyirlər Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi «Azadlıq» seçki bloku noyabrın 23-nə təyin etdiyi yürüş-mitinqi 27-nə təxirə salıb. Müsavat Partiyası başqanının müavini Arif Hacılı deyir ki, onlar Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 26-da verəcəyi qərarı gözləyirlər. Qanuna görə, məhz həmin gün MSK bütün Dairə və Məntəqə Seçki komissiyalarından daxil olan protokol və şikayətləri araşdıraraq, yekun qərar verməli, seçkinin nəticələrini təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.



Arif Hacılı bildirir ki, artıq «Azadlıq» blokunun Mitinq Komitəsi noyabrın 27-də metronun «20 Yanvar» stansiyası - Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısı marşrutu üzrə yürüş-mitinq keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
XS
SM
MD
LG