Səs: Real audio
Partiyanın sədri Əli Əliyev: «Hər şey blokun seçkisonrası mərhələdə atacağı addımlardan asılıdır» - Noyabrın 19-da Ukraynada cüdo üzrə Avropa çempionatının startı veriləcək. Çempionatda 7 nəfərdən ibarət Azərbaycan yığma komandası da mübarizə aparacaq.
- Noyabrın 18-də Qətərdə ağır atletika üzrə keçirilən dünya çempionatında iştirak etmiş Azərbaycan idmançıları Bakıya qayıdıb. Dünya çempionatının qalibi olmuş Nizami Paşayev bildirir ki, bu dəfəki uğurlu çıxışından razıdır:
«Üç il idi ki, özümü sübut edə bilmirdim. Yenidən dünya çempionu olmaqla əvvəlki NizamiPaşayev olduğumu göstərdim».
Nizami Paşayev indi ikiqat dünya çempionudur.
- Noyabrın 18-də Gəncədə qadın voleybolçular arasında Azərbaycan çempionatının startı verilib. Çempionatda 8 komanda iki qrupda mübarizə aparırır.
Avropa Çempionlar Liqası turnirində çıxış edən «Azərreyl» klubu isə növbəti oyun üçün gündə iki dəfə olmaqla məşqləri davam etdirir. «Azərreyl» noyabrın 30-da Bakıda İspaniyanın «Tenerife» komandası ilə qarşılaşacaq.
- Çində boks üzrə dünya çempionatı davam edir. Azərbaycan boksçularından dördü noyabrın 18-də rinqə çıxıb. Onlardan üçü – Romal Amanov [60 kq], Emil Məhərrəmov [64 kq] və Elçin Əlizadə [91 kq] qələbə qazanaraq yarımfinal oyunlarına vəsiqə qazanıblar. Yarımfinal oyunları noyabrın 19-da, final oyunları isə 20-də keçiriləcək.