Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:33

48 QHT MSK-nın ləğvinə çağırır


Səs: Real audio
Laiyhə 16 aya 6 milyon kvadratmentr ərazinin təmizlənməsini nəzərdə tutur «Azad və Ədalətli Seçkilər Uğrunda» Əlaqələndirici Məşvərət Şurasının üzvü olan 48 QHT hesab edir ki, Mərkəzi Seçki Komissiyası (MSK) ya ləğv olunmalı, ya da dövlət strukturlarının birinin tərkibində fəaliyyət göstərməlidir.



Məşvərət Şurasının MSK-nın fəaliyyətinə qiymət verilməsi ilə bağlı noyabrın 18-də keçirdiyi iclasda belə qərar verildi. Şuranın təmsilçilərindən olan Arzu Abdullayeva deyir ki, seçkidəki fəaliyyətinə görə MSK-ya etimadsızlıq göstərilməlidir.



Məşvərət Şurası seçki zamanı MSK-nın fəaliyyətində Seçki Məcəlləsinin bir sıra tələblərinin pozulması ilə bağlı prezidentə də müraciət göndərib. Sənəddə bu qurumun qanun pozuntusu hesab etdiyi bir sıra faktlar İlham Əliyevin diqqətinə çatdırılır.



MSK Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyevsə deyir ki, səslənən ittihamların heç bir əsası yoxdur: «Bu təşkilatların MSK-nın ünvanına əsassız ittihamlar irəli sürməsi birinci dəfə deyil».



O, əlavə edir ki, ölkədəki diplomatik korpus, eləcə də beynəlxalq qurumlar seçkidən sonra öz hesabatlarında MSK-nın peşəkarlıq səviyyəsini yüksək qiymətləndiriblər ki, bu da deyilənlərin həqiqət olmadığını təsdiqləyir.
XS
SM
MD
LG