Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

İraqda üç azərbaycanlı yaralanıb


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir təşkilatın bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcəyini bildirir İraqda üç azərbaycanlı yaralanıb. İraqın Bakıdakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) göndərdiy notada deyilir ki, bu ölkənin Xaniqen şəhərində neft malları daşıyan türk şirkətində sürücü işləyən azərbaycanlı mülki şəxslər atəşə tutulub və nəticədə onlar yaralanıblar.



Azərbaycanlılara atəş açan yaxalanıb.



Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin dediyinə görə, nazirlik Ankaradakı konsulluğa lazımi tapşırıqlar verib, xəsarət alan vətəndaşlara yardım göstəriləcək.



Ancaq cənab Tağızadə yaralıların adlarını açıqlamır.



İraqda neçə nəfər azərbaycanlı mülki şəxsin çalışdığı məlum deyil. Ancaq bu ölkədə Azərbaycanı 150 zabit və əsgər təmsil edir. Onlar İraq sülhməramlılarına 2003-cü ildə qoşulub və hər il rotasiya ilə dəyişdirilirlər.
XS
SM
MD
LG