Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Çöl quşlarının ovlanmasına qadağa uzadılıb


Səs: Real audio
Qadağanı pozanlarla Daxili İşlər Nazirliyi də mübarizə aparacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çöl quşlarının ovlanmasına qoyulan qadağanı bir ay da uzadıb. Bu haqda nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin rəhbəri Sədaqət Məmmədova məlumat verdi. Onun sözlərinə görə, hələ ki Azərbaycanda «quş qripi» tapılmayıb, amma həmin xəstəliyin potensial daşıyıcıları sayılan köçəri quşların ölkə ərazisindən miqrasiyası davam edir: «Ona görə də quş ovuna oktyabrın 11-də qoyulan qadağanın müddəti daha bir ay uzadılıb».



Xanım Məmmədova deyir ki, onlar qadağanı pozanlarla mübarizə üçün Daxili İşlər Nazirliyinə də müraciət ediblər.



Respublika Baytarlıq Laboratoriyasından verilən məlumata görə isə, noyabrın 8-də ölkənin müxtəlif yerlərində «quş qripi»ylə bağlı növbəti monitorinqə başlayıblar. Laboratoriyanın direktor müavini Emin Şahbazov deyir ki, bu monitorinqə həm quşları müşahidə, həm də onlarıın ovlanıb cəsədinin və qanının yoxlanması daxildir. Cənab Şahbazovun sözlərinə görə, Pirallahı, Qaradağ, Dəvəçi, Salyan, Biləsuvar və Ağacabədidə vurulan köçəri quşların analizi ölkədə «quş qripi» olmadığını göstərir.



«Quş qripi» xəstəliyi köçəri quşlardan ev quşlarına və insana keçir. Bu xəstəlikdən son iki ildə dünyanın müxtəlif ölkələrində 60-dan çox insanın tələf olduğu bildirilir. Mütəxəssislər hesab edirlər ki, əgər bu xəstəliyin virusu mutasiyaya uğrayıb insandan insana keçmək xüsusiyyətinə malik olsa, bu, dünyada epidemiyaya gətirib çıxara bilər.
XS
SM
MD
LG