Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:20

Seçki Monitorinq Mərkəzi qanun pozuntularının artdığını deyir


Səs: Real audio
Məzahir Pənahov «rəngli inqilab»ın baş verə biləcəyini istisna edir Seçki Monitorinq Mərkəzinin (SMM) saat 12.00-a olan məlumatına görə, ölkə üzrə seçki məntəqələri qanunla müəyyən olunmuş vaxtda – saat 08.00-da açılıb. Ancaq bəzi məntəqələr – 2 saylı Şərur seçki dairəsinin 27 saylı seçki məntəqəsi, 92 saylı Zərdab-Ucar dairəsinin 21 saylı seçki məntəqəsi, 44 saylı Sumqayıt-Abşeron dairəsinin 4 saylı seçki məntəqəsi nəzərdə tutulmuş vaxtdan 30-45 dəqiqə gec açılıb.



Mərkəzin direktoru Anar Məmmədli bildirir ki, bəzi seçki məntəqələrində barmaqlara mürəkəb vurulması ilə bağlı problemlər müşahidə olunub. 38 saylı Nizami 2-ci seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verərkən seçicilərin bir hissəsinin barmaqlarına mürəkkəb vurulmayıb.



SMM-nin müşahidəçiləri 37 saylı Nizami seçki dairəsinin 3, 8, 12, 16 və 21 saylı məntəqələrində, 41 saylı seçki dairəsiin 33 saylı seçki məntəqəsində, 125 saylı seçki dairəsinin 1 və 2 saylı seçki məntəqələrində müşahidəçilərin məntəqələrdən çıxarılmasına cəhd edilməsini izləyiblər.



Anar Məmmədlinin sözlərinə görə, qanun pozuntuları saat 11.00-dan sonra artmağa başlayıb.



Seçki Monitorinq Mərkəzənin növbəti mətbuat konfransı noyabrın 6-ı saat 20.00-da olacaq.



SMM 14 QHT-nin koalisiyasıdır. Mərkəzin 2115 müşahidəçisi 125 dairədə seçki prosesini izləyir.
XS
SM
MD
LG