Səs: Real audio
Qeydiyyatı ləğv edilmiş 30 nəfərə qədər keçmiş deputatlığa namizəd noyabrın 3-də Hüquqları Pozulmuş Namizədlərin Müdafiə Komitəsini təsis ediblər 21 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi ləğv olunan Nadir Orucovun vəkili Natiq Abdullayev deyir ki, komitə qanunsuzluqlara son qoyulması üçün prezident İlham Əliyevə müraciət edəcək.
Natiq Abdullayevin fikrincə, komitədə birləşən şəxslərin qeydiyyatının son anda ləğvi dövlətin yox, ayrı-ayrı şəxslərin işidir. Çünki onların hamısı təbliğat dövründə artıq seçicilərin etimadını qazamış şəxslərdir.
109 saylı Balakən seçki dairəsindən namizədliyi ləğv edilən Osman Gündüz isə deyir ki, Apellyasiya Məhkəməsi tərəfindən namizədlərin qeydiyyatının kütləvi şəkildə ləğvi prezidentin 25 oktyabr fərmanından sonra başlayıb.
Son günlər Apellyasiya Məhkəməsi 23, MSK isə iki nəfərin namizədliyini ləğv edib. Həmin namizədlərin əksəriyyəti qeydiyyatın ləğvi üçün məhkəmədə göstərilən səbəblərin əsassız olduğunu deyirlər. Onların sözlərinə görə, Apellyasiya Məhkəməsi hətta şikayətçilərin iştirakı olmadan qərar çıxarır.
Dairə seçki komissiyaları isə qeydiyyatı ləğv olunan namizədləri seçiciləri pulla ələ almaq və digər qanun pozuntularında ittiham edirlər.