Səs: Real audio
Təşkilatın proqram direktoru Tom Barri: «Rəsmi dairələr dəvətnamə göndərəcəklərinə söz versələr də, sənəd bizə yalnız iki həftə əvvəl çatıb. Belə vaxt azlığı isə rəsmi nümayəndə heyətinin təşkil olunmasına imkan vermir» Beş ildə indiki parlamentdə nələr oldu?
Ötən həftə Milli Məclis artıq öz işini yekunlaşdırdı. Bu təkcə parlamentin payız sessiyasının deyil, eyni zamanda 3-cü çağırış Milli Məclisinin öz işini başa vurması idi.
Bu parlamentin işində yadda qalan təkcə hansısa qanunların qəbulu olmadı. Ayrı–ayrı çıxışların bəzi məqamları öz originallığı ilə qəbul edilən sənədlərdən heç də az diqqət çəkmirdi. Belə çıxışlar arasında heç şübhəsiz ki, tənqid, təhqir, hətta xoşagəlməz çağırışlar da az deyildi. Ancaq bunlarla yanaşı, kimlərinsə fərqinə varmadan nələrisə etiraf etməsi, bəzən hətta sonradan yumora çevrilən məqamlar da ortaya çıxırdı.
Bakıda gedən tikinti işlərinin vəziyyəti, xüsusilə də binaların harada gəldi tikilməsi məsələsi müzakirə olunarkən isə millət vəkili Fəzail İbrahimli paytaxtda binaların memarların yox, müğənnilərin layihəsi ilə tikildiyini bildirdi:
"Şəhərdə indi bir dənə proyekt var. Ədalət Şükürovun bir mahnısı var ey, deyir, "səhərədək pəncərənə baxan mənəm, mən". Ədalət Şükürovun proyekti ilə tikilir...".
Bəzən isə başqalarını tənqid edən millət vəkilləri özləri də bilmədən müdafiəsində maraqlı olduqları şəxsin gördüyü işin mahiyyətini başqa cür izah edirdilər. Belə hallarda onların silahdaşları başlarını yırğalayır, partiya yoldaşlarının çıxışından narazı qaldıqlarını hiss etdirirdilər. Bu cür hallar millət vəkili Musa Musayevin çıxışlarında da özünü büruzə verirdi:
"Bizim partiyada Rəfael Allahverdiyev adında bir şəxs var. O, YAP-ın sədr müavini idi və bu gündə millət vəkilidir. Heydər Əliyev Rəfael Allahverdiyevi Narimanov rayonunun birinci katibi, deputat edib. Nəhayət, ikinci dəfə hakimiyyətə gələndə Bakı kimi bir şəhəri elə bir savadsız, səviyyəsiz bir adama tapşırıb...".
Parlamentin son sessiyalarında tez–tez müzakirə obyektinə çevrilən məsələlərdən biri də «narıncı rəng» mövzusu olurdu. Ümumiyyətlə, müxalifətin bir hissəsi narıncını özünə mübarizə rəngi seçəndən sonra bəzi iqtidaryönlü deputatlar bu rəngə həssas yanaşırdılar. Elə AXCP-dən olan millət vəkili Qulamhüseyn Əlibəylinin Milli Məclisə narıncı qalstukda gəlməsinin gözdən yayınmaması da belə məqamlardan idi.
İclasların birində onun Məclisə narıncı qalstukda gəlməsini və bununla da inqilab həvəsində olduğunu millət vəkillərinin diqqətinə ilkin olaraq deputat Mussa Musayev çatdardı:
"Burda Qulamhüseyn müəllimi gördüm mən. O, inqilab əhval-ruhiyyəli təzə bir qalstuk bağlayıb. Mən Qulamhüseyn müəllimi o qalstuk münasibətilə ürəkdən təbrik edirəm".
AXCP–çi millət vəkilinin qalustuku deyəsən, spiker Murtuz Ələsgərovun da xoşuna gəlmədi. Daha doğrusu, qalstukun özü yox, onun rəngi. Parlament sədri bu barədə düşündüklərini millət vəkillərinin, xüsusilə də cənab Əlibəylinin diqqətinə çatdırmağı da unutmadı:
"Saxta yolla, başqa dələduzluqla indidən demək ki, biz hakimiyyətə gələcəyik... Qulamhüseyn müəllim, mən təəssüf edirəm ki, Siz vaxtilə gözəl bir hüquqşünas kimi belə bir qalstukla Milli Məclisə gəlirsiz".
Payız sessiyasının – ümumilikdə isə 3-cü çağırışın bütün fəaliyyəti dövründə ən çox səslənən təklif təhsil haqqında qanun layihəsinin müzakirəyə çıxarılması idi. Bu barədə parlament sədrinə o qədər müraciətlər və tənələr olmuşdu ki, Murtuz Ələsgərov artıq cavab verməkdən deyəsən, yorulmuşdu. Elə bu səbəbdən idi ki, son sessiyalarda spiker m