Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:55

ADP sədrinin müavininə qarşı iş qaldırılıb


Səs: Real audio
Natiq Əfəndiyevin vəkili ittihamları əsassız sayır Oktyabrın 31-də ADP sədrinin müavini Natiq Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, kütləvi iğtişaşlara və hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq maddələri ilə cinayət işi açılıb. Cənab Əfəndiyevin vəkili Vüqar Xasayev noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirdi ki, silah-sursat onun Daşkəsən rayonundakı Bayan qəsəbəsində yerləşən bağ evindən tapılıb. Vəkil ittihamları əsassız saydığını deyir.



N.Əfəndiyevin həyat yoldaşı Səltənət Əfəndiyeva isə silah-sursatın onların həyətinə qoyulduğunu, ittihamın siyasi xarakterli olduğunu söyləyir.



Natiq Əfəndiyev hazırda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. O, oktyabrın 16-da polisə müqavimət göstərməkdə günahlandırılaraq 15 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. Bu müddət oktyabrın 31-də başa çatıb.



N.Əfəndiyev 2000-ci ildə hakimiyyəti zorla devirmək, qanunsuz silah saxlamaq ittihamı ilə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun adı Avropa Şurasının siyasi məhbus siyahısında olduğundan bu il martın 20-də prezidentin fərmanı ilə əfv edilmişdi.
XS
SM
MD
LG