Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:08

<i>«Ayna»</i>: «Pentaqon Azərbaycanı seçim qarşısında qoyur»


Səs: Real audio
"Seçki kampaniyası polis zorakılığı və qorxutma ilə müşayiət olunur" «Ayna» qəzetindəki «Pentaqon Azərbaycanı seçim qarşısında qoyur» başlıqlı məqalədə Cəsur Məmmədov yazır ki, əgər Bakı Vaşinqtonla əməkdaşlıqdan və öz ərazisində Amerikaya məxsus hərbi bazanın yerləşdirilməsinə icazə verməkdən imtina etsə, ABŞ inqilab hərəkatını dəstəkləyə bilər. Bunun da gerçək nəticələri özünü noyabrdakı parlament seçkisində göstərə bilər.



Məqalədə bildirilir ki, bu məlumat Amerika-İsrail «Stratfor» Pronozlaşdırma Mərkəzinin keçmiş SSRİ ölkələri ilə bağlı oktyabr, noyabr və dekabr ayları üzrə açıqladığı prqnozlarda əksini tapıb. Müəllif yazır ki, qurum ekspertlərinin Azərbaycanla bağlı yekun rəyi belədir: «Növbəti inqilab mərhələsinə keçməyə artıq hazır olan Azərbaycanda qeyri-sabitlik müşahidə ediləcək. Bu, Ermənistan və digər ölkələrdə də özünü biruzə verəcək».



«Üç nöqtə» qəzetindəki «Ermənilərə cəsusluq edən əsgər cəzalandırıldı» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Zaur Veyisov ermənilərdən 1000 ABŞ dolları alaraq onlara məlumat ötürməkdə günahlandırılır. Müəllif yazır ki, Z.Veyisov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə vətənə xəyanətdə və 338.1-ci maddəsi ilə hərbi növbətçilik qaydalarını pozmaqda ittiham olunur. Azərbaycan Ordusunun keçmiş əsgəri bir il əvvəl erməni kəşfiyyatçıları tərəfindən oğurlanıb.



İstintaq materiallarına əsaslanan müəllif yazır ki, Zaur Veyisov ağır fiziki təzyiqlərə məruz qaldıqdan sonra ermənilərə məlumatlar ötürəcəyinə söz verib.
XS
SM
MD
LG