Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:21
Rubrikalar

<i>«Seçki Qatarı»</i>: Dindar, demokratik Nardaran


Səs: Real audio
Dairə seçki komissiyaları rəhbərlərinə mürəkkəbdən istifadə olunması nümayiş etdirilib Bu "Seçki Qatarı"nda:



- Parlament seçkilərinin necə müşahidə ediləciyini araşdıracaq;



- Vətəndaşın müşahidəçilər haqqında fikirlərini biləcək;



- və siyasi aktivliyi ilə digər yerlərdən fərqlənən bir Bakı kəndindən xəbər tutacaqsız



"MÜŞAHİDƏÇİLƏRİN HƏDDƏN ARTIQ ÇOXLUĞU SEÇKİYƏ MANE OLA BİLƏR"



Bu günə olan məlumata görə, bu dəfəki seçkilərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 663, Avropa Şurası Parlament Assambleyasından [AŞPA] isə 51 nəfər müşahidəçi iştirak edəcək.



Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Mats Lindberq Avropa Şurasından olan müşahidəçilərin seçkidən bir gün sonra hesabat hazırlayacaqlarını, daha sonra isə bəyanat yayacaqlarını deyir. Onun fikrincə, bu hesabat AŞPA-ya gələn ilin yanvarında təqdim olunacaq.



Hər hansı bir qarşıdurmanın olmayacağına ümid edən cənab Linberq Avropa Şurasından olan müşahidəçilərin seçkidən sonrakı hadisələri də izləyəcəklərini deyir.



ATƏT-in Müşahidə Missiyası rəhbərinin köməkçisi Haydi Smit isə qarşıdurma baş verərsə, qərar qəbul edəcəklərini deyir: "Belə hadisə baş verərsə, biz o zaman qərar qəbul edəcəyik, amma inanırıq ki, heç bir qarşıdurma olmayacaq".



Avropa institutlarından əlavə ABŞ və Polşa səfirlikləri, Ukrayna, Gürcüstan və Latviyanın mərkəzi seçki komissiyaları, Almaniya, Estoniya və Bolqarıstan 100-dən artıq müşahidəçi göndərəcək. Bundan başqa, MDB-dən 160-dan artıq müşahidəçi seçkiləri izləmək üçün Azərbaycana gələcək.



"Vətəndaş Cəmiyyəti Uğrunda" Mərkəzin direktoru Fikrət Rzayev deyir ki, müşahidəçilər siyasi proseslərə müdaxilə etməməli, yalnız seçkilərin gedişinə dair yekun rəy hazırlamalıdırlar:



"Müşahidəçiliyin funksiyası yalnız dolğun faktlar yığıb, onları obyektiv təhlil edib yekun rəy hazırlamaq və onu ictimaiyyətə çatdırmaqdır. Onlar siyasi fəaliyyətlə məşğul olmamalıdırlar. Etiraz aksiyaları artıq siyasi partiyaların işidir".



Fikrət Rzayevin fikrincə, müşahidəçilərin çoxluğu seçkilər barədə daha obyektiv rəy formalaşdıracaq:



"Bu, yerli və beynəlxalq müşahidəçilərin bütün məntəqələri əhatə etməsinə imkan verəcək. Seçkilərin gedişi, onun ədalətli keçib-keçməməsi barədə daha obyektiv rəy formalaşacaq".



Mərkəzi Seçki Komissiyasının [MSK] şöbə müdiri Rövzət Qasımovun sözlərinə görə isə, müşahidəçilərin həddən artıq çox olması bəzi məntəqələrdə işin gedişinə mane ola bilər. Ona görə də hər bir müşahidəçi hüquq və vəzifələrini bilməlidir:



"Bir məntəqədə o qədər müşahidəçi yığıla bilər ki, bu, prosesə mane ola bilər. Ona görə müşahidəçilər seçicilərin sərbəst hərəkətinə, məntəqə seçki komissiyalarının fəaliyyətinə müdaxilə etməməlidirlər".



DİNDAR, DEMOKRATİK NARDARAN



Nardarana çatanda səhər saat 8 olardı. Kənd hələ yuxudan oyanmamışdı. Dar dalanlarda arabir çarşablı qadınlar gözə dəyirdi, vəssalam. Kəndin divarlarına İslama səsləyən şüarlar, kəlamlar yazılmışdı, dirəklərə yaşıl bayraqlar sancılmışdı...



Kəndlilər deyirlər ki, 2002-ci ildə məşhur Nardaran hadisələri – kənd camaatının sosial tələblərlə üsyanından sonra məmurlar onlarla ədavət saxlayır, dövlət idarələrində özlərinə qarşı ayrıseçkilik hiss edirlər.



Sabunçu rayon İcra Hakimiyyətinin rəsmiləri isə sakinlərin sözlərini həqiqətə uyğun hesab etmirlər. Dedilər ki, nardaranlılara qarşı ayrıseçkilik mümkün deyil, çünki o
XS
SM
MD
LG