Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:20

MSK mürəkkəbdən istifadəni öyrədir


Səs: Real audio
Dairə seçki komissiyaları rəhbərlərinə mürəkkəbdən istifadə olunması nümayiş etdirilib Gələn həftə – noyabrın 2-4-də məntəqə seçki komissiyalarına parlament seçkisində mürəkkəbdən istifadə qaydaları izah olunacaq.



MSK-nın mətbuat katibi Azər Sarıyev belə deyir.



Oktyabrın 30-da isə MSK prezident İlham Əliyevin 25 oktyabr tarixli sərəncamına həsr olunmuş seminar keçirib. Seminarda 125 dairə seçki komissiyası rəhbərinə mürəkkəbdən istifadə olunması nümayiş etdirilib.



Azər Sarıyev üç günün məntəqə komissiyalarında təlim keçmək üçün kifayət etdiyini deyir. Onun sözlərinə görə, səsvermə günü bütün yerli və xarici müşahidəçilər seçicilərin barmağının mürəkkəblə necə işarələnməsini müşahidə edə biləcək.



Oktyabrın 30-da keçirilən toplantıda seçki vaxtı və ondan sonra şikayətlərə baxılması qaydaları da izah edilib.



Şənbə günü MSK seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsinə dair təlimat qəbul edib. Təlimata görə, hər bir seçicinin sol əlinin baş barmağı üstünə mürəkkəb vurulacaq. Məqsəd bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısını almaqdır.



Barmaqların mürəkkəblənməsi prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı "Seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda nəzərdə tutulub.
XS
SM
MD
LG