Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Avropa Parlamenti mitinqlərin dağıdılmasını tənqid edir<p align=`left`><br><br>


Səs: Real audio
Benita Ferrero–Valdner: "Ölkədəki ovqat seçkilərin keyfiyyətinə mənfi təsir göstərə bilər" Oktyabrın 27-də Strasburqda qəbul etdiyi qətnamədə Avropa Parlamenti Azərbaycan hökumətini sərbəst toplaşmaq azadlığına əməl etməyə, 6 noyabr seçkilərini azad və ədalətli keçirməyə çağırıb. Sənəd seçkiqabağı mitinqlərdə tutulanları əlüstü azadlığa buraxmağa və zorakılıqların istintaqını aparmağa çağırır.



Qətnamənin qəbulundan qabaq Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita Ferrero–Valdner Avropa Parlamentindəki çıxışında deyib ki, 6 noyabr seçkilərinin necə keçirilməsi Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi üçün bir sınaq olacaq. Xanım Valdner həm də Azərbaycandakı hadisələrin müsbət inkişaf etmədiyini bildirib:



"Deməliyəm ki, Komissiya böyük diqqətlə və narahatlıqla 6 noyabr seçkilərinə hazırlığı izləyir. Seçkiyə az vaxt qalmış – ötən həftə baş verən hadisələr bizim üçün daha böyük narahatlıq üçün əsasdır".



Xanım Valdner prezident İlham Əliyevin bir neçə naziri işdən çıxarmasını tənqid edib. Deyib ki, İttifaq Azərbaycanın hüquqi prosedurlarına qarışa bilməz. Amma istintaqın və məhkəmələrin ədalətli və şəffaf keçirilməsi bu qurum üçün vacibdir. İttifaqın xarici əlaqələr üzrə komissarı deyib ki, son həbslər və başqa narahatlıqlar artıq seçkiyə kölgə salıb:



"Bu həbslərin ölkədə narahatlığın güclənməsinə gətirəcəyi qaçılmazdır. Və, təəssüflə deməliyəm ki, bu seçki kampaniyasında artıq zorakı və bəzi başqa spesifik insidentlər də olub".



Xanım Ferrero-Valdnerin sözlərinə görə, azad və ədalətli seçkilərlə bağlı hökumətin beynəlxalq tələbləri yerinə yetirməsi üçün atdığı son addımlara baxmayaraq, ölkədəki ovqat seçkilərin keyfiyyətinə mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG