Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:24
Rubrikalar

Əlillərin sosial müdafiə xərcləri 40 faiz artırılıb


Səs: Real audio
«Azadlıq» seçki blokundan deputatlığa namizəd Mehman Cavadoğlu: «Bu bahalaşma müxalifətyönlü çıxışları məhdudlaşdırmağa xidmət edir» - Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, Fondun 2006-cı il büdcəsində əlillərin sosial müdafiə xərcləri 2005-ci illə müqayisədə 40 faizə qədər artırılıb. Bu artım əsasən əlillərə mənzil tikintisi üçün nəzərdə tutulub.



- Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və CITES təşkilatının yerli departamenti Azərbaycandan 5 ton qara kürünün ixrac edilməsinə icazə verib. İxrac olunan ölkələr əsasən Fransa, Almaniya, Kanada və Birləşmiş Ərəb Əmirlikləridir. İxrac əməliyyatı 2005-ci ilin sonuna qədər başa çatdırılmalıdır.



- Gələn ay Bakıdan İspaniyanın paytaxtı Madrid şəhərinə birbaşa təyyarə reysi açılacaq. Bu haqda “AzAL” Dövlət Konsernindən məlumat verilib.



- Oktyabrın 27-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 596, 1 avro 5 565, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG