Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02
Rubrikalar

Pauerliftinqçilər 6 medal qazanıb


Səs: Real audio
Prezident İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb - Oktyabrın 25-də qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının növbəti oyununda "Azərreyl" Bakıda İtaliyanın "Pallavolo Sirio" komandasını 3-2 hesabıyla məğlub edib. İlk oyunda «Azərreyl» Türkiyənin «Vakıfbank» klubuna 3-2 hesabı ilə uduzmuşdu.



- Almaniyada pauerliftinq üzrə növbəti dünya çempionatı sona çatıb. 24 ölkədən 400 idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Azərbaycanı dünya çempionatında 7 nəfər təmsil edib. Onlardan Vüsal Mərdanov (90 kq) və İbrahim İbrahimov (100 kq) dünya çempionu adını qazanıb. Dörd nəfər – Bayram Əliyev (67,5 kq) və Əli Əsgərov (75 kq) gümüş, Rüstəm Musayev (75 kq) və Bəxtiyar Quliyev (125 kq) bürünc medal qazanıb.



- Oktyabrın 26-da Yaponiyada bədii gimnastika üzrə klublararası dünya çempionatının startı verilir. Çempionatda Bakını «Neftçi» Sağlamlıq Mərkəzinin gimnastları Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı təmsil edəcək. Çempionat oktyabrın 31-də sona çatacaq.
XS
SM
MD
LG