Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:28

<i>«Üç nöqtə»</i>: «Professor hüquqlarını özü qorudu»


Səs: Real audio
İlkin məlumata görə, üç nəfər həlak olub, xəsarət alanların sayı dəqiqləşdirilir «Üç nöqtə» qəzetindəki «Vəkilindən imtina edən universitet professoru hüquqlarını özü qorudu» başlıqlı məqalədə Gülər yazır ki, BDU-nun iqtisadi nəzəriyyə kafedrasının sabiq müdiri, elmlər doktoru, professor Şamil Qafarova qarşı Elmi Şuranın Yasamal Rayon Məhkəməsinə etdiyi müraciətə baxılır. Məqalədə bildirilir ki, cənab Qafarov məhkəmə tərkibinə öz etirazını bildirib. O, Apellyasiya Məhkəməsinə müraciət edib. Amma hələlik professorun iddiası təmin edilmir. Müəllif yazır ki, rüşvətxorluqla bağlı bu kimi faktlar və aşağı ranqlı adamların tutulması son illər Azərbaycanda dəb olub.



«Bakı-Xəbər» qəzetindəki «Ramiz Mehdiyevin «məxməri» çevrilişi baş tutdu» başlıqlı məqalədə Cəlal yazır ki, eks-spiker Rəsul Quliyevi gətirən təyyarənin Londondan qalxması hakimiyyətdə çalxalanmanın başlanmasına kifayət etdi. Məqalədə bildirilir ki, son günlərin hadisələri göstərir ki, hakim komanda daxilindəki qarşıdurmaları açıq müstəviyə keçirmək üçün yüngül bir təkan kifayət edir. Məlum şəxslərin həbsi hakimiyyətdaxili qruplaşmaların münasibətlərini ortaya çıxarmaqla yanaşı, həm də onu isbatladı ki, doğurdan da bu komanda rüşvətxor və korrupsioner məmurlardan ibarətdir.



Müəllif yazır ki, əslində, son günlər cərəyan edən hadisələr bir şeydən xəbər verir: prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ölkədə yeganə söz sahibinə çevrilir.
XS
SM
MD
LG