Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:10

Yeni film: «Su dəyirmanı»


Səs: Real audio
Şirkət hələ oktyabrın 14-də Bakı hava limanına enmək üçün rəsmən icazə istədiyini bildirir Əsas məqsəd qədim su dəyirmanlarını yaddaşlarda saxlamaqdır



"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Su dəyirmanı" adlı yeni sənədli film çəkilib. Çəkilişləri Gədəbəy rayonunun kəndlərində aparılmış filmdə həmin ərazilərdə abidəyə çevrilmiş qədim su dəyirmanlarından danışılır. Həmsöhbətim filmin quruluşçu rejissoru Rafiq Dadaşovdur:



- Mən çəkdiyimiz filmə film deməzdim, mən buna bir etnoqrafik etüd kimi yanaşıram. Xırman, dəyirman, ocaq qədimdən and yerimiz olub. Yəni bu üç amili müqəddəs kimi saymaq olar. Xırman buğdadır, dəyirman onu una çevirir, ocaq da çörəyimizdir. Onlardan biri olan su dəyirmanı çox spesifik yerlərdə olur. Gədəbəydə dörd dəyirman olub, hazırda biri qalıb. Biz filmdə uzun bir prosesi göstərmişik. Hansı daşlardan dəyirman daşlarını yonurlar, arxı necə çəkirlər və bütün bunlar bələdçimiz İlyas Tapdığın şərhi ilə verilir.



- Rafiq müəllim, bu filmi çəkməkdə əsas məqsədiniz nədir, filmin mərkəzində hansı ideya dayanır?



- Əsas məqsəd bütün bunları yaddaşlarda saxlamaqdır. Ola bilsin ki, 10 ildən sonra artıq bu dəyirmanlar olmasın və o zaman dəyirman haqda soruşulanda, onu göstərmək olsun.



- Bildiyimə görə, bu həcmcə kiçik olan bir sənədli filmdir. Gələcəkdə onu genişləndirərək film çəkmək fikriniz varmı?



- Sözün düzü yoxdur. Çünki hazırda belə dəyirmanlar çox az qalıb və ona görə də çətindir.



- Tamaşaçılara nə vaxt təqdim olunacaq bu film?



- İki gün bundan qabaq premyerası oldu. Mənə elə gəlir ki, bu filmi tez-tez göstərəcəklər. Belə filmlər, adətən, fondda qalır və onları mütəmadi olaraq göstərirlər.
XS
SM
MD
LG