Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Bakalavrlar təhsillərini Amerikada davam etdirə bilərlər


Səs: Real audio
Rino Harniş: «Müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək» Sosial sahədə çalışmaq istəyənlər Amerikada ikiillik magistr təhsili ala bilərlər. Bu imkanı yaradan Bakı Təhsil Mərkəzi və Açıq Cəmiyyət İnstitutunun birgə proqramıdır. Proqrama görə, bakalavr dərəcəsi olan hər bir kəs Amerikanın Kolumbiya və ya Vaşinqton universitetlərindən birində sosial iş üzrə təhsil ala bilər. Bakı Təhsil Mərkəzinin direktoru Bahar Hacızadə belə deyir:



"Bakalavr dərəcəsi olan hər bir insan müraciət edə bilər. Onun sosial iş üzrə təhsilinin olması mütləq deyil, çünki Azərbaycanda belə bir ixtisas yoxdur. Amma böyük üstünlük sosial sahə üzrə iş təcrübəsi olanlara verilir".



Bahar Hacızadənin sözlərinə görə, müraciət edənlər üç mərhələdən ibarət imtahan verəcəklər. Birinci mərhələ sənədlərin qəbulundan, ikincisi TOEFL imtahanı və inşadan, üçüncüsü isə tələbələrlə müsahibədən ibarətdir. Proqramda iştirak etmək istəyənlər ərizə forması, tövsiyə məktubu, inşa, tərcümeyi-hal və diplomdan ibarət sənədləri noyabrın 1-dək Bakı Təhsil Mərkəzinə təqdim etməlidir.
XS
SM
MD
LG