Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:05
Rubrikalar

<i>"Seçki Qatarı"</i>: İmkanlı-imkansız namizədlər


Səs: Real audio
«1994-cü ildə əldə olunan atəşkəsdən sonra hərbi xərclərin sürətlə artması və tez-tez atəş səslərinin eşidilməsi sülh sazişi üçün vaxtın daraldığını göstərir» Bu "Seçki Qatarı"nda:



- Deputat olmaq istəyənlərin hansı yollara baş vurduğunu araşdıracaq;



- Vətəndaşların seçkiqabağı xeyriyyəçiliyə münasibətini biləcək;



- Və bir vaxtlar Qafqazın dəmirə olan ehtiyacını ödəyən Daşkəsənin bu günündən xəbər tutacaqsız.



"NAMİZƏDLƏR ARASINDA TƏSADÜFİ İNSANLAR ÇOXDUR"



"Azadlıq" blokundan deputatlığa namizəd, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə adaşından – dairəsindən olan rəqib namizəddən narazıdır.



Onun sözlərinə görə, Ağdaş rayonunun icra strukturları həmin dairədən digər namizədin – Çingiz Əsədullayevin təbliğatını aparır. Məktəblilərə pulsuz çanta paylayır və valideynləri bu yolla ona səs verməyə şirnikləndirir. Cənab Qənizadə faktla bağlı videosübutları prezidendən tutmuş Mərkəzi Seçki Komissiyasına [MSK] kimi göndərsə də, konkret tədbir görülmədiyini deyir.



MSK-nın katibi Vidadi Mahmudlu isə deyir ki, komissiya tərəfindən bu məsələylə bağlı artıq dairə seçki komissiyasına müraciətlər göndərilib. Onun sözlərinə görə, dairə komissiyasının qərarıyla razılaşmayan şikayətçi MSK-ya şikayət edə bilər.



İttiham olunan tərəf – Çingiz Əsədullayev isə qanunsuz heç bir iş görmədiyini bildirir. Çanta paylama məsələsini onun adına yazanları anlamadığını desə də, bildirir ki, bu, heç də pis aksiya sayılmamalıdır.



Vidadi Mahmudlunun sözlərinə görə, müraciətlərə baxarkən bəzən xeyriyyə işlərinin xüsusi firmalar tərəfindən həyata keçirildiyi üzə çıxır, bu isə qanunsuzluğun sübut olunmasında çətinliklər yaradır.



Siyasi Hüquq və Tədqiqatlar İnstitutunun söbə müdiri Əli Abbasov seçkiqabağı təşviqat zamanı namizədlərin qanunsuzluqlara yol vermələrini onların sayının çox olmasına bağlayır. Onun fikrincə, namizədlər arasında imkanlı, amma siyasət üçün təsadüfi insanlar çoxdur. Bu isə bir çox hallarda qanunsuz seçki taktikalarından istifadəyə gətirib çıxarır.



Politoloq Zərdüşt Əlizadə hesab edir ki, imkanı olmayan namizədlər başqa seçki taktikalarından istifadə edə bilər. O, ən optimal variant kimi namizədlərin qapı-qapı gəzib səs yığmasını söyləyir. Cənab Əlizadə deyir ki, seçicilərə rüşvət vermədən normal seçki kampaniyası aparmaq üçün 200 min Amerika dolları tələb olunur.



Seçki Texnologiyaları İnstitutunun direktoru Şirzad Məmmədlinin fikrincə isə, normal təbliğat üçün elə 20 min dollar da kifayət edər. Onun sözlərinə görə, pulları xeyriyyə işlərinə sərf edən namizədlər əhalinin bir qismi tərəfindən müsbət qarşılansa da, bu, qısamüddətli effekt verir.



Seçki Məcəlləsinə görə, hər bir namizəd təbliğat kampaniyasına 412 milyon manatdan – 90 min dollardan artıq pul xərcələyə bilməz.



"DAŞKƏSƏN HAMININ YADINDAN ÇIXIB"



Sovet-alman müharibəsinin sona çatmasından sonra salınan Daşkəsən SSRİ-ni filizlə təmin etməliydi. İndi o dövrlərdən yadigar qalan sınıq-salxaq dəmirlər, qüllələr, uçulub-sökülən zavod, filizi kanatlarla daşıyan vaqonetlər bir vaxtlar burda haylı-küylü həyat yaşandığından danışır.



Kəndlər bir-birini əvəz etsə də, hər yan sakitlikdir. Adda-budda adama rast gəlinir, amma elə avtomobil yolunda da tək-tük maşın görünür. Yayda isə bura qələbəlikdir. Axı, Daşkəsənin xoş səfalı yerləri ta bineyi-qədimdən gəncəlilərin yaylaq yeri olub.



Şəhərin bələdiyyə sədri Nüsrət Vəliyev deyir ki, turizm üçün bütün imkanları olan Daşkəsən Avropa Şurasının «Avropa dağları
XS
SM
MD
LG