Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Rusiya Çeçenistanda çıxmağa hazırlaşır


Rusiya Çeçnistanda uzunmüddətli müharibənin başa çatdığını və bu respublikadan çəkməyə hazırlaşdığını bildirir.

Kremlin bir yüksək rütbəli rəsmisi adının çəkilməməyini xahiş edərək Frans Press Afentliyinə bildirib ki, hazırda Çeçenistandan çıxmaq planı üzərində iş gedir. Amma bunun nə vaxt baş tutacağını demək hələ tezdir.

Çeçenistanın Moskvanın himayəsində olan prezidenti Ramzan Kadırov da martın 24-də bildirmişdi ki, hakimiyyət bu respublikada bütün məhdudiyyətlərin aradan qaldırılmasına dair fərman verməyə hazırlaşır.

Moskvanın “anti-terror əməliyyatı” adlandırdığı Çeçenistanda ikinci hərbi əməliyyatlar barədə fərmanı 1999-cu ildə keçmiş prezident Boris Yeltsin vermişdi. Bu fərmandan az sonra da o, istefa verib Vladimir Putinin prezident olmasına yol açdı.
XS
SM
MD
LG