Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

MSK nəzdində Müstəqil Mətbuat Mərkəzi açılıb


Səs: Real audio
Məhazir Pənahov rəhbərlik etdiyi qurumun siyasi proseslərdən kənarda qalmaq istədiyin deyir Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisini izləyən yerli və əcnəbi jurnalistlər, eləcə də beynəlxalq müşahidəçilər üçün Müstəqil Mətbuat Mərkəzi yaradıb. Oktyabrın 5-də mərkəzin açılış mərasimi keçirildi.



MSK sədri sədri Məhazir Pənahov deyir ki, müasir informasiya texnologiyalarının quraşdırıldığı bu mərkəz pulsuz xidmət göstərəcək. O, yerli icra hakimiyyəti başçılarının seçkinin gedişinə müdaxiləsi və namizədələrin təzyiqlərə məruz qalması haqqında quruma məlumatlar daxil olduğunu və bunların araşdırıldığını bildirdi.



Bu günlərdə Baş prokuror Zakir Qaralov icazəsiz aksiyalarda iştirak edən deputatlığa namizədlərə qeydiyyatlarının ləğv edilməsiylə bağlı xəbərdarlıq olunacağını demişdi. Cənab Pənahov isə söyləyir ki, MSK siyasi proseslərdən kənarda qalmaq istəyir.
XS
SM
MD
LG