Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 14:04

Prezident Kürdəmirə gedir


Səs: Real audio
Avropa Şurası monitorinq qrupunun ikinci həftə üçün hesabatında belə deyilir Oktyabrın 6-da prezident İlham Əliyev Kürdəmir rayonuna səfər edəcək.



Bu barədə məlumatı Kürdəmir Rayon İcra Hakimiyyətindən və Yeni Azərbaycan Partiyasının (YAP) yerli şöbəsindən təsdiq etdilər.



Kürdəmir Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi Şöbəsinin əməkdası Vaqif Haciyev «Azadlıq» radiosuna bildirdi ki, prezident rayonda müasir idman kompleksinin və taxıl kombinatının yenidən qurulan sexlərinin açılışında iştirak edəcək. Bundan başqa o, mərhum dövlət başçısı Heydər Əliyevin heykəlinin, onun adına olan parkın və muzeyin açılış mərasiminə də qatılacaq.



Prezidentin xanımı Mehriban Əliyeva isə rəhbərlik etdiyi «Heydər Əliyev Fondu»nun yardımı ilə tikilən Kərrar kənd orta məktəbinə baxış keçirəcək.
XS
SM
MD
LG