Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:02

Finlandiya prezidenti demokratik seçkilərə çağırır<p align=`left`><br><br>


Səs: Real audio
Tarya Halonen iqtidar və müxalifətin Avropa Şurasının prinsipləri çərçivəsində fəaliyyət göstərəcəyinə ümid edir Finlandiya prezidenti Tarya Halonen Azərbaycan hökumətini noyabrda demokratik şəraitə təminat verəcək seçkilər keçirməyə çağırır. Sentyabrın 29-da Azərbaycana gələn xanım Halonen prezident İlham Əliyevlə görüşdən sonra birgə keçirilən mətbuat konfransında iqtidarın və müxalifətin Avropa Şurasının müəyyənləşdirdiyi prinsiplər çərçivəsində fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirdi.



Finlandiya prezidenti demokratiya barədə fikirlərini davam etdirərkən bildirdi ki, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, Cənubi Qafqazda görüləsi işlər çoxdur.



O, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Dedi ki, doqquz il əvvəl ATƏT-in Minsk Qrupunun nümayəndə heyətinin tərkibində regionda olub: «Münaqişə barədə xəbərim var. Hesab edirəm ki, sülh prosesindən bütün tərəflər fayda götürəcək. Avropa Birliyi bunda çox maraqlıdır».



Azərbaycan prezidenti İlham Əliyev isə Finlandiya ilə siyasi münasibətlərin səviyyəsindən razı qaldığını bildirdi. O, eyni zamanda iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu, Finlandiya kapitalından energetika, su təsərrüfatı, sosial sahəyə investisiya qoyuluşunda istifadəni mümkün saydığını dedi. Cənab Əliyev bildirdi ki, regional münaqişələr, o cümlədən Qarabağ problemi Cənubi Qafqazın Avropaya inteqrasiyasına əngəl törədir.



Prezidentlərin birgə mətbuat konfransından öncə Finlandiya və Azərbaycanın Vergilər nazirlikləri arasında «Gəlirlərə və əmlaka ikiqat vergi tutmanın aradan qaldırılması haqda» saziş və iki olkənin Xarici İşlər nazirlikləri arasında «Qarşılıqlı anlaşma haqda» memorandum imzalandı.
XS
SM
MD
LG