Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Alban abidələri ekranlaşdırılıb


Səs: Real audio
GUAM ölkələri sərhəd qurumlarının rəhbərləri Bakıda toplaşıb Filmdə indiyədək araşdırılmayan tarixi abidələrdən bəhs olunur



"Antik və erkən orta əsrlər Qafqaz Albaniyasının tarixi abidələri" adlı yeni sənədli film çəkilib. Filmdə Zaqatala–Balakən bölgəsində yerləşən III–V əsrə aid abidələrin tarixi və müasir vəziyyətindən danışılır.



Qonağımız həmin sənədli filmin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Akif Məmmədlidir:



- Hazırladığımız sənədli film Qafqaz Albaniyasının antik və erkən orta əsrlər Zaqatala–Balakən bölgəsinin tarixi abidələri əsasında çəkilib. Film haqqında fikirlər 10 ildir ki, var və bugünədək bununla bağlı 5 kitab da çap etmişik. Amma gördüm ki, təkcə kitablar məsələni aşırmır, maarifləndirməyə ciddi ehtiyac var və abidələr dağılır. Bu abidələri çəkib sənədləşdirmək, heç olmasa, olduğu şəkildə gələcək nəslə çatdırmaq üçün bu sənədli filmi hazırladıq.



- Çəkiliş zamanı hələ elmə məlum olmayan nəsə aşkar edə bildinizmi?



- Bu dövrlə bağlı abidələr bugünkü Azərbaycan elmində, Tarixi Abidələrin Mühafizəsi İdarəsində qeydiyyatda olmayan abidələrdir. Filmə baxarkən Gərəkli kəndinin ən yuxarısında, dağların əlçatmaz bir yerində dağılmayan kilsə, dağılan kilsə, "Pəri qala" adlanan abidələr görəcəksiz və həmin abidələrin III-V əsrlərə aid olması qənaətindəyəm. Bunlar birincisi, əlçatmaz yerlərdə olduğuna görə araşdırılmayıb, ikincisi, buna diqqət verilməyib və yaxud da özlərinə əziyyət vermək istəməyiblər.



- Filmdə abidələrin qorunması və ya bərpası yolları da göstərilirmi?



- Orada hər bir abidə haqqında tarixi məlumat verilir, hazırkı vəziyyəti şərh olunur, onun dəyərinin nədən ibarət olduğu tamaşaçıya çatdırılır. Filmi 2 hissədən ibarət hazırlamışıq. Birinci hissədə 11 dəqiqə diktor mətni oxunur və onun arxasında Balakənin təbii zənginliklərinə, təbiətinə, tarixi abidələrinə aid kadrlar verilir. Sonra bir-bir həmin abidələr təqdim olunur.



- Bəs tamaşaçılar bu filmə nə vaxt baxa biləcəklər?



- Çox istəyərdim ki, filmə kütləvi şəkildə tamaşaçıların baxmasına şərait yaradılsın. Televiziyalar heç olmazsa, filmin tamaşaçılara müraciət səsləndirildiyi əvvəlki 11 dəqiqəsini efirdə göstərsinlər. Biz bir millət olaraq bundan çox şey qazanardıq.
XS
SM
MD
LG