Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Mitinqin başlatdığı dialoq alınmadı...


Səs: Real audio
Hadisə Dairə Seçki Komissiyası sədrinin gözü qarşısında baş verib "Bundan sonra da icazəsiz aksiyaların qarşısı qətiyyətlə alınacaq"



Kütləvi aksiyaların yeri ilə bağlı hakimiyyətlə «Azadlıq» bloku arasında danışıqların bir nəticə verməməsi yenidən qarşılıqlı ittihamlara səbəb olub.



«Azadlıq» blokuna daxil olan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyir ki, əgər hakimiyyət şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə onların təklif etdiyi 6 marşrutdan birini qəbul etməsə, onlar yenidən «28 May» meydanında razılaşdırılmamış qaydada mitinq keçirməyə cəhd göstərəcəklər:



"Biz oktyabrın 1-nə növbəti aksiya təyin etmişik. Hakimiyyətin qeyri-qanuni mövqeyi bizi geri çəkilməyə sövq edə bilməz".



Əli Kərimli qeyd edir ki, sentyabrın 29-da onlar yenidən hakimiyyətlə kütləvi aksiyaların keçirilmə yerlərini müzakirə etməlidirlər. Onun sözlərinə görə, hələ ki, gec deyil. Hakimiyyət bu iki günü də düşünüb baş verənlərdən nəticə çıxarmalıdır.



«Azadlıq» bloku ilə aparılan danışıqlarda hakimiyyəti təmsil edən Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov isə hadisələrin bundan sonrakı inkişafı ilə bağlı qəti söz demək istəmir. Onun gümanlarına görə, hadisələr iki variantda inkişaf edə bilər. Birincisi, «Azadlıq» bloku üzərində durduğu marşrutların real olmadığını görüb hakimiyyətin təklif etdiyi yerlərdən biri ilə razılaşar. İkincisi isə, onlar ötən bazar olduğu kimi yenidən icazəsiz aksiyaya cəhd göstərə bilərlər.



Əli Əhəmdov deyir ki, icazəsiz aksiyaların əvvəllər olduğu kimi bundan sonra da qarşısı qətiyyətlə alınacaq. Ancaq Əli Əhəmədov üçüncü bir yolun mümkünlüyünü də istisna etmir. Onun sözlərinə görə, əgər beynəlxalq təşkilatlar yenidən hadisələrin gedişinə müdaxilə edərlərsə, tərəflər hər hansı kompromis varianta gələ bilərlər:



"Bundan ötrü onlar çox ciddi arqumentlər ortalığa qoymalıdırlar. Onlar sübut etməlidirlər ki, müxalifətin məqsədi yalnız seçicilərlə görüşməkdir".



Əslində, hər iki tərəf hesab edir ki, bu mübahisə və onun yaratdığı gərginlik seçkinin gedişinə mənfi təsir göstərir.



«Azadlıq» blokunun təmsilçisi Əli Kərimlinin sözlərinə görə, bütün bunlar hər şeydən əvvəl onların təşviqat imkanlarının məhdudlaşdırılmasına xidmət edir. Bu halda isə azad və ədalətli seçkilərə olan inamları getdikcə azalır. Ancaq onlar əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə hakimiyyətin özbaşınalıqları ilə razılaşan deyillər. AXCP sədri deyir ki, hadisələr yenidən gərginləşəcəksə, bunun məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərində qalacaq.



Əli Əhmədov isə əksinə, baş verənlərə görə «Azadlıq» blokunu günahlandırır. YAP təmsilçisinin sözlərinə görə, Azərbaycanda gərginliyin artırılmasında bəzi xarici qüvvələrlə yerli qüvvələrin maraqları üst-üstə düşür. Bir sıra beynəlxalq qurumlar vəziyyəti gərginləşdirməklə Azərbaycan hakimiyyətini zəiflətmək, onu sözə baxan bir qüvvəyə çevirmək niyyətini güdürlər. Müxalifət isə bu maraqların təmin edilməsi üçün həmin qüvvələrin əlində bir alətə çevrilib.



"İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi isə bir sıra beynəlxalq qurumların Azərbaycanda gərginlik yaratmaq istəmələri haqda səslənən fikirlərlə razılaşmır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. Əgər bu öhdəlik yerinə yetirilmirsə, Azərbaycan hakimiyyətinə təzyiqlər labüddür. Bununla belə, o hesab edir ki, qarşıdurma əhval-rühiyyəsinin yaranmasına görə həm hakimiyyət, həm də müxalifət məsuliyyə
XS
SM
MD
LG