Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Deputatlığa namizəd döyüldü


Səs: Real audio
Hadisə Dairə Seçki Komissiyası sədrinin gözü qarşısında baş verib Babək rayonunun Nehrəm kəndindən Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisinə namizədliyi qeydə alınan Sahib Hüseynov 18 saylı Dairə Seçki Komissiyasının (DSK) binası qarşısında bir qrup şəxs tərəfindən döyülüb. Hadisə DSK sədrinin gözü qarşısında baş verib.



Hadisə yerinə gələn ATƏT-in uzunmüddətli müşahidəçiləri Aleksandr Muenningof və Robert Berrinin işə qarışmasından və Naxçıvan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımovun israrından sonra təcili yardım çağırmaq mümkün olub.



Cənab Qasımovun sözlərinə görə, NMR Mili Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşları insidenti araşdırırlar.



Münaqişənin səbəbi haqqında hələlik dəqiq məlumat yoxdur.
XS
SM
MD
LG